"AZƏRİQAZ"DA NÖVBƏTİ İXTİSAR DALĞASI BAŞLAYIB - Komitə sədri "İki-üç vəzifəli rəhbər işçilər toxunulmazlar" deyir

\"AZƏRİQAZ\"DA NÖVBƏTİ İXTİSAR DALĞASI BAŞLAYIB - Komitə sədri \"İki-üç vəzifəli rəhbər işçilər toxunulmazlar\" deyir 

CƏMİYYƏT

Bugün, 11:38

"İki-üç vəzifəli rəhbər işçilər toxunulmazlar. Apardığınız kadr siyasəti axırda bumeranq olub özünüzə yönələcək".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

Onun sözlərinə görə, SOCAR-ın tabeliyində olan "Azəriqaz" yenə imtahan oyunu altında işçilərin ixtisarına start verilib: "Özü də bir ildə iki dəfə imtahan və ixtisar..."

Komitə sədri daha sonra Lənkaran Regioanl Qaz İdarəsinin Biləsuvar Xidmət Sahəsinin işçilərinə istinadal bildirib ki, iyulun 15- də sayğac əməliyyatları şöbəsinin çilingərlərinə "iyul ayının 17-də Bakıda yenə imtahana gedin" tapşırığı verilib: ""Azəriqaz" İB-də gedən struktur dəyişikliyi ilə əlaqədar 8 ay əvvəl biz imtahan verdik və müvafiq keçid balını yığdıq. Əmək Məcəlləsinə əsasən, işçilərin attestasiyası da 5 ildən bir keçirilir. Bəs necə olur, hansı qanuna əsasən 8 ay əvvəl imtahan vermişik, indi bizi yenidən imtahan edirlər?".

Məlumatda deyilir ki, ixtisar prosesi "Azəriqaz"ın başqa strukturlarında da başlanıb.

Ceyhun

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR