Litvanın DİN rəhbəri Latviya ilə sərhəd nəzarətinin tətbiq edilməsi ehtimalını istisna etməyib

Litvanın DİN rəhbəri Latviya ilə sərhəd nəzarətinin tətbiq edilməsi ehtimalını istisna etməyib

DÜNYA

Bugün, 13:52

Litvanın daxili işlər naziri Martinas Katelinas Latviya ilə sərhəd nəzarətinin müvəqqəti bərpa edilməsi ehtimalını istisna etməyib.

Bu barədə LRT portalı məlumat yayıb.

O, bu qərarı Belarusdan Latviya vasitəsilə gələn miqrantların sayının artmaqda davam etməsi ilə izah edib.

Katelinas bildirib ki, Litva həmçinin ölkənin Latviya ilə sərhədini keçən insanları yoxlamağa başlaya bilər.

​"Əlbəttə, bu, ən son atılacaq addım olardı. Lakin axını idarə etmək və miqrantları öz ərazimizdə deyil, sərhəddə saxlamaq üçün başqa üsulumuz qalmazsa, düşünürəm ki, biz bunu etməli olacağıq. Mən çox ümid edirəm ki, vəziyyət o həddə çatmayacaq", – o bildirib və qeyd edib ki, sərhəd nəzarətinin tətbiqi miqrasiya axınlarından asılı olacaq./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR