Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
GÜNDƏM
Bugün, 09:40
Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyi açıqlayıb.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil: "Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur".
F. Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır".
Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.
Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.
Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bugün, 11:11 SİYASƏT
-
Rusiya ordusu Ukraynanın bəzi şəhərlərini bombalayıb
Bugün, 10:02 GÜNDƏM
-
Hədiyyə kartlarının etibarlılıq müddəti... - Hakim izahat verdi
Bugün, 09:40 GÜNDƏM
-
32 yaşlı argentinalı futbolçu: "Əla matç olacaq"
Bugün, 09:38 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox bahalaşdı - Qara qızıl neçəyədir?
Bugün, 09:27 İQTİSADİYYAT
-
Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu
Bugün, 09:18 DÜNYA
-
RƏSMİ TEHRAN: “İslamabad razılaşması bitdi”
Bugün, 09:12 GÜNDƏM
-
Türkiyədə bələdiyyə sədri həbs olundu
Bugün, 08:59 SİYASƏT
-
CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)
Bugün, 08:17 GÜNDƏM
-
DÇ-2026: İspaniya Fransa üzərində tarixi qələbə qazandı
Bugün, 00:58 İDMAN
-
"O VAXT İRAQIN İŞĞALI YANLIŞ İDİ” – Tramp və Baş nazirdən maraqlı açıqlamalar
Bugün, 00:31 GÜNDƏM
-
İran ordusu ABŞ-ın hücumuna cavabı verib: "Amerikaya məqsədinə yetişməsinə imkan verilməyəcək"
Bugün, 00:23 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 00:05 GÜNDƏM
-
Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum olub - 11 nəfər xilas edilib - Kapitan isə axtarılır
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə!
14.07.2026, 23:23 İDMAN
-
"Tiktoker Arzum"un hökmü: xəstəxanada 21 dəqiqə qalıb, maşını aeroportdan götürülüb
14.07.2026, 22:07 KRİMİNAL
-
İlham Əliyevin adından Xankəndidə Slovakiya prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
14.07.2026, 20:27 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda yenidən hakim qarşısında + FOTOLAR
14.07.2026, 18:36 GÜNDƏM
-
BAKIDA KOLBASA SEXİNDƏ İYRƏNCLİK - Agentlik yoxladı və... + FOTOLAR
14.07.2026, 18:09 İQTİSADİYYAT
-
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
14.07.2026, 18:04 İQTİSADİYYAT
-
Azərbaycan və Slovakiya arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
14.07.2026, 18:00 GÜNDƏM
-
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı... - Geri verildi
14.07.2026, 17:59 KRİMİNAL
-
TBİLİSİ-BAKI QATARINA UCUZ BİLET SATAN ŞİRKƏT... - Qadağa qoyulub?
14.07.2026, 17:47 CƏMİYYƏT
-
Agentlik sədri 6 ay sonra qərarını dəyişdi - Regional idarə müdiri vəzifədən uzaqlaşdırıldı
14.07.2026, 17:40 CƏMİYYƏT
-
CHP-də gərginlik pik həddə yüksəldi - Özgür Özəl məhkəməyə üz tutdu
14.07.2026, 17:34 SİYASƏT
-
“Beşiktaş”dan Məhəmməd Salahla bağlı – Açıqlama
14.07.2026, 17:24 İDMAN
-
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradıldı - Əli Əsədov qərar verdi
14.07.2026, 17:12 CƏMİYYƏT
-
İkardi "Qalatasaray"da qalacaq? - Okan Burukdan açıqlama
14.07.2026, 17:09 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
14.07.2026, 17:00 İQTİSADİYYAT
-
Həbsdə olan sabiq icra başçısı barədə yeni qərar verildi
14.07.2026, 16:54 GÜNDƏM
-
Miqrasiya sahəsində 27 xidmət elektronlaşdırılıb
14.07.2026, 16:53 CƏMİYYƏT
-
Yaqut İmanova: "Flora Kərimovanın səhhəti yaxşıdır"
14.07.2026, 16:48 MƏDƏNİYYƏT
-
Aktrisa izləyicilərini məhkəməyə verməyə hazırlaşır
14.07.2026, 16:39 ŞOU-BİZNES