CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi” (Yenilənib)

CENTCOM: ”İrana qarşı 7 saatlıq əməliyyat həyata keçirildi”  (Yenilənib)

GÜNDƏM

15.07.2026, 08:17

"Ötən gecə İrana qarşı 7 saatlıq əməliyyat planı həyata keçirdik".

Mia.az xarici mətbiata istinadla xəbər verir ki, bu barədə CENTCOM növbəti açıqlıama yayıb.

Qeyd edilib ki, əməliyyatla Hörmüz boğazı bölgəsində iranın onlarla hərbi hədəfləri məhv edilib: "Qırıcılar, dronlar və Dəniz Qüvvələrinin iştirakıyla İranın raket, dron buraxılış mərkəzləri və digər hərbi hədəflərə yox edilib"

***

“İrana qarşı yeni hücum əməliyyatına başladıq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) az əvvəl məlumat yayıb.

Qeyd edilib ki, Hörmüz boğazında ticarət gəmilərinə təhlükə yaradan İran ünsürlərinə qaşrı əməliyyat düyməsi basılıb: “Boğazda İranın təsir gücünü yox etmək üçün yeni hücum dalğasına start verilib. Eyni zamanda, Amerika qüvvələri İran limanlarına və sahil ərazilərinə blokadanı sıxlaşdırmağa başlayıb. Hazırda Yaxın Şərqdə 20-dən çox ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisi və yüzlərlə hərbi təyyarəsi yüksək döyüş hazırlığına gətirilib. Amerika qüvvələri ayıq-sayıq, düşmənə ölümcül  zərbə səviyyəsindədir”.

Məlumatda deyilir ki, açıqlamadan az sonra İranın sahilyanı bölgələrində güclü partlayış səsləri ucalıb...

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR