"Konyaspor" Ebrima Kolli ilə müqavilə imzalayıb

\"Konyaspor\" Ebrima Kolli ilə müqavilə imzalayıb

İDMAN

Bugün, 13:58

Türkiyə Super Liqa təmsilçisi "Konyaspor" qambiyalı futbolçu Ebrima Kollini heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun saytında verilən açıqlamaya görə, İsveçrənin "Yanq Boyz" komandasından transfer edilən Kolli ilə satınalma opsiyalı müqavilə bağlanıb.

"Konya Böyükşəhər Bələdiyyəsi" Stadionunda yerləşən "Konyaspor" Muzeyində keçirilən imza mərasimində Futbol Şöbəsinin başçısı Əli Camgöz də iştirak edib.

Kolli "yaşıl-ağ" komandada 19 nömrəli formanı geyinəcək.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR