"Hatayspor" baş məşqçisi ilə yollarını ayırdı

\"Hatayspor\" baş məşqçisi ilə yollarını ayırdı

İDMAN

15.07.2026, 12:22

Türkiyənin "Hatayspor" klubu komandanın baş məşqçisi Bəkir İrtegünlə yollarını ayırıb.

Mia.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb: "Baş məşqçimiz Bekir İrtegün ilə müzakirələrdən sonra qarşılıqlı olaraq yollarımızı ayırmaq barədə razılığa gəldik. Cənab Bekir İrtegünə və komandasına klubumuzda olduqları müddətdə göstərdikləri peşəkarlığa və fədakar işlərə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq."

İrtegün 2025-2026 mövsümündə Trendyol 1-ci Liqasının baş məşqçisi vəzifəsini icra edərək Gökhan Alaşı əvəz etdi. Komanda mövsümü 19-cu yerdə başa vurdu və 2-ci Liqaya düşdü.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR