İran ordusundan ABŞ və bölgə ölkələrinə xəbərdarlıq: "Bu, müharibə elanı sayılacaq"  

İran ordusundan ABŞ və bölgə ölkələrinə xəbərdarlıq: \"Bu, müharibə elanı sayılacaq\"  

DÜNYA

Bugün, 18:43

"Biz ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin rəsmisi polkovnik İbrahim Zülfiqari  deyib.

O, ABŞ prezidenti Donald Trampın “Biz Hörmüz boğazını əlimizdə saxlayacağıq. Yəqin ki, oranı biz idarə edəcəyik" açıqlamasını absurd sayıb: ”Bu, heç vaxt olmayıb, olmayacaq da. Son günlərdə İran Ordusu və İnqilab Keşikçiləri tərəfindən həyata keçirilən əməliyyatlar bunun açıq sübutudur".

Ordu rəsmisi daha sonra bölgə ölkələrinə xəbərdarlıq edib: “ABŞ hücumlarına lojistik dəstək verməyin. Bu, müharibə elanı hesab ediləcək”.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR