Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu

Almaniyanın Münhen şəhərində su böhranı var - Qadagalar qoyuldu

DÜNYA

Bugün, 09:18

Almaniyanın Münhen şəhərində uzun müddət davam edən quraqlıq və artan istehlak ciddi su problem yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu səbəbdən şəxsi hovuzların doldurulması, bağların suvarılması və həyatyanı sahələrdə avtomobillərin yuyulması və sair kimi qadağalar tətbiq olunub.

Münhen Şəhər bələdiyyəsindən bildirilib ki, şəhərdə gündəlik su istehlakı yenidən 360 milyon litri keçib: “Buna görə də içməli suyun, yeraltı suların və səth sularının istifadəsi üçün məcburi qoruma tədbirləri olacaq. Qaydalara əsasən, şəxsi üzgüçülük və dekorativ hovuzların doldurulması, qazonların və digər yaşıllıq ərazilərin  suvarılması, kommersiya təyinatlı avtomobil yuma müəssisələri istisna olmaqla, həyət və küçələrdə avtomobillərin yuyulması, terrasların, damların, həyətlərin və yolların su ilə təmizlənməsi saat 09:00 ilə 19:00 arasında qadağandır. Həmçinin, göl, çay və kanallardan su çəkmək də qadağan olunur. Qadağanı pozanlar 50.000 avroya qədər cərimə ilə üzləşə bilərlər”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR