Əli Əhmədovun həyat yoldaşı direktor təyin olunub

Əli Əhmədovun həyat yoldaşı direktor təyin olunub

CƏMİYYƏT

Bugün, 15:24

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun həyat yoldaşı Asya Əhmədova Bakıda özəl klinikanın direktoru kimi fəaliyyətə başlayıb.

Mia.az-ın "Unikal"a istinadən məlumatına görə, Asya Əhmədova Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.

Qeyd edək ki, buna qədər adıçəkilən klinikanın direktoru və baş həkimi Əli Əhmədovun oğlu Fikrət Əhmədov idi. Daha sonra o, dövlət tibb müəssisəsində vəzifəyə təyin edildiyi üçün özəl klinikasındakı işindən ayrılıb. F.Əhmədov hazırda Respublika Kliniki Uroloji Xəstəxanasının baş həkimi vəzifəsində çalışır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR