İsrail İrandan onu müdafiə edən ölkənin suyunu kəsir - Saziş yenilənməyəcək

İsrail İrandan onu müdafiə edən ölkənin suyunu kəsir - Saziş yenilənməyəcək

DÜNYA

Bugün, 11:12

İsrail 1994-cü il tarixli “Vadi Ərəb” Sazişini yeniləməyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu Sazişə əsasən İsrail İordaniyaya ildə kubmetri 1 sent olmaqla 50 milyon kubmetr ucuz su verir.

İndisə İsrail İordaniyaya Tiberiyas gölündən verdiyi suyu tamamilə dayandırmaq fikrindədir.

Bu barədə KAN dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, 32 il əvvəl imzalanmış saziş yenilənməyəcək: “Hazırda sazişin imzalanmasına dair heç bir gözlənti yoxdur. Bu, İordaniyada qəzəbə səbəb ola bilər”.

Xatırladaq ki, İranın İsrailə cavab zərbələrini İordaniya öz hava məkanında zərərsizləşdirməklə tel-Əvivə dəstək verən əsas ölklərdən biri olub. Bu baxımından su qadağasının sərt qarşılanacağı gözlənilir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR