İKİ QURUM BİRLƏŞDİRİLDİ, BİR STANSİYA İSƏ KTN-dən ALINDI - Prezident yeni fərman imzaladı
İQTİSADİYYAT
25.08.2026, 16:30
Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərxalça" ASC "Azəripək" ASC-nin ona qoşulması formasında yenidən təşkil edilir.
Cəmiyyətin baramaçılığın damazlıq işini təşkil etməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə onun tabeliyinə verilir.
Bununla da, "Azəripəy"in dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir;
Cəmiyyət "Azəripək"in hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Prezidentə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin icra orqanının yaradılması;
- Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Nazirlər Kabinetinə:
- Prezidentlə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi;
İqtisadiyyat Nazirliyinə:
- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Prezidentlə razılaşdırmaqla həyata keçirilməsi;
- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir:
- üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi;
- altı ay müddətində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması;
Bundan başqa, hökumət Cəmiyyətin yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Prezidentlə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, "Azəripəy"in əmlakının altı ay müddətində Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Cəmiyyətin nizamnamə kapitalının miqdarına dair Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, Cəmiyyətin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Cəmiyyət xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin ölkədə və ölkənin hüdudlarından kənarda tanıdılması, müvafiq məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflərini İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla hazırlayıb altı ay müddətində Prezidentə təqdim etməlidir.
Ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.2-ci bəndinə əsasən yaradılmış Aqrar Subsidiya Şurası həmin Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyanın məbləğinə yenidən baxmalıdır.
Maliyyə Nazirliyi fərmandan irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
İqtisadiyyat Nazirliyi və Cəmiyyət "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq zəruri tədbirlər görməlidir.
"Azərxalça" ölkədə ipəkçilik və xalçaçılıq sahələrinin inkişafını, təbliğini və təşviqini, həmin sahələr üzrə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ərdoğan partiya sədrini qəbul etdi
Bugün, 21:40 DÜNYA
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
Bugün, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
Bugün, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
Bugün, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
Bugün, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
Bugün, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
Bugün, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
Bugün, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
Bugün, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
Bugün, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
Bugün, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
Bugün, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
Bugün, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
Bugün, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
Bugün, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
Bugün, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
Bugün, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
Vahid Ələkbərovun bankında dəyişiklik oldu
Bugün, 12:09 İQTİSADİYYAT