"Kapital Bank"la bağlı daha bir ilginc şikayət: kart niyə bloklanıb?
İQTİSADİYYAT
25.08.2026, 14:28
"Kapital Bank" vətəndaşın şəxsi vəsaitlərini və hesablarını bloklayıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə Məmmədov Elşən Rafiq oğlu (Ad və soyad şərtidir) sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, məsələ ilə bağlı Banka müraciət etsə də, bu günə qədər hesablarda hansı şübhəli əməliyyatın olduğuna dair dəqiq cavab ala bilməyib:
"30 günlük araşdırmadan sonra mənə yazırlar ki, "m10" platformasında baş verdiyi iddia olunan hadisə ilə bağlı 8 200 manatın geri qaytarılmasını tələb edirlər.
Birincisi, həmin vəsait mənə dələduzluq yolu ilə gəlməyib. Vəsait dostumun öz adına, şəxsiyyət vəsiqəsi ilə rəsmən qeydiyyatdan keçirdiyi "m10" hesabından göndərilib. İkincisi, həmin vəsait "m10" hesabımdan "Kapital Bank" hesablarıma köçürülməyib. O zaman sual yaranır: "m10"da baş verdiyi iddia olunan hadisəyə görə "Kapital Bank" mənim bank hesablarımı hansı hüquqi əsasla bloklayır?
Üçüncüsü, "m10" ("Pashapay" mmc) ilə mənim müqaviləm ayrıdır, "Kapital Bank" ASC ilə müqaviləm ayrı. "m10"un hər hansı iddiası varsa, buyursun məndən izahat və sübut tələb etsin, hüquqi qaydada məsələni həll etsin. "Kapital Bank"ın isə, mənim hesablarımı bloklamaq üçün konkret hüquqi əsası olmalıdır.
Ən maraqlısı isə budur: mən "Kapital Bank"dan bloklamanın hüquqi əsasını soruşmuşdum. 30 gün gözlətdikdən sonra mənə hüquqi əsas təqdim etmək yerinə şifahi dediklərini sadəcə yazılı şəkildə təkrar göndəriblər".
Qeyd edək ki, vətəndaşın müraciətinə cavab olaraq "Kapital Bank"dan aşağıdakı məzmunda məktub göndərilib:
"Məmmədov Elşən Rafiq oğlunun (Ad və soyad şərtidir) müraciətinə baxılmışdır.
Məlumat üçün bildiririk ki, plastik kart məlumatlarından istifadə edilməklə həyata keçirilən əməliyyatlarla bağlı Bankın aidiyyəti struktur bölməsi tərəfindən araşdırmalar aparılır. Zərurət yarandıqda müştəriyə məxsus plastik kartlar bloklanır və müvafiq araşdırma davam etdirilir.
Əlavə olaraq bildiririk ki, Bankın aidiyyəti struktur bölməsi tərəfindən araşdırma aparılmış "M10" platformasında baş vermiş kütləvi dələduzluq hadisəsi nəticəsində Məmmədov Elşən Rafiq oğluna (Ad və soyad şərtidir) aid hesaba daxil olmuş əməliyyat üzrə müştərinin kart hesab(lar)ına məhdudiyyət tətbiq edilmişdir.
Vəsaitin qaytarılması zəruridir. Vəsaitin qaytarılması üçün müştəri Banka müvafiq qaydada müraciət edə bilər. Qaytarılmalı məbləğ 8200 manat təşkil edir.
Eyni zamanda, Banka daha əvvəl daxil olmuş sorğunun icrasının ləngiməsi ilə bağlı Bankın aidiyyəti struktur bölməsi tərəfindən araşdırma aparılmış, Bankın aidiyyəti struktur bölmələri və əməkdaşları məlumatlandırılmışdır.
Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik.
Hörmətlə,
Xidmət keyfiyyətinin idarə edilməsi departamentinin direktor müavini Taylan Yetik".
Məktubdan da göründüyü kimi "Kapital Bank" "m10" platformasında kütləvi dələduzluq hadisəsinin baş verdiyini rəsmi etiraf edib.
Xatırladaq ki, bu ilin fevral ayında "Kapital Bank"ın kütləvi şəkildə müştərilərin bank kartlarını bloklaması müşahidə edilmişdi. Mediada yayılan məlumatlarda məsələnin "m10" hesablarına müdaxilələr edilərək külli miqdarda pullar oğurlanması ilə bağlı olduğu bildirilirdi. Problemlə bağlı "m10"dan verilən açıqlamada qeyd edilmişdi ki, fevralın 3-də “m10” platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb və təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub/Plat.az
Sosial şəbəkədəki sözügedən paylaşımı və "Kapital Bank"dan göndərilən məktubu təqdim edirik:
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Bugün, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
Bugün, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
Bugün, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
Bugün, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
Bugün, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Bugün, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
Bugün, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
Bugün, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
Bugün, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL
-
“İrşad Electronics”in satış şöbəsinin rəhbərinə cinayət işi açılıb
09.10.2026, 17:12 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
09.10.2026, 17:00 İQTİSADİYYAT
-
Brazilya ilk qırıcısını sınaqdan çıxardı - FOTOLAR
09.10.2026, 16:56 DÜNYA
-
Səudiyyə Ərəbistanı: "Bab əl-Məndəb boğazı husi üsyançılarından tam təmizləndi"
09.10.2026, 16:27 DÜNYA
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026, 16:27 GÜNDƏM
-
Məktəblərdə vahid geyim formaları ilə bağlı monitorinq aparılacaq
09.10.2026, 16:16 GÜNDƏM
-
Azərbaycan və İran prezidentləri görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
09.10.2026, 15:57 GÜNDƏM
-
Həbsdə olan jurnalistlər bəraət istədilər: "Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik" - Məhkəmə iclası
09.10.2026, 15:40 PRESS
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTOLAR (YENİLƏNİB)
09.10.2026, 15:29 GÜNDƏM
-
Müğənni Afət Fərmanqızı 7 min manat cərimələndi - Məhkəmə qərarı
09.10.2026, 15:18 ŞOU-BİZNES