81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: "Nə boşanmışam, nə də üçüncü dəfə ailə..." -  Şıxəliyeva da danışdı (YENİLƏNİB)

81 yaşlı deputatdan evlənmə xəbərinə reaksiya: \"Nə boşanmışam, nə də üçüncü dəfə ailə...\" -  Şıxəliyeva da danışdı (YENİLƏNİB)

SİYASƏT

26.08.2026, 18:09

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

Mia.az gununsesi.info-ya istinadla xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.

Festifaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdlərimiz isə nəticəsiz qalıb. Deputat zənglərimizi və mesajlarımızı cavabsız qoyub.

***

Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub.

Mia.az-ın “Publika”ya istinadən məlumatına görə, P.Bülbüloğlunun yeni həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.

E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir.

Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.

Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.

***

Bir sıra yerli internet nəşrləri Azərbaycanın Xalq artisti və Milli Məclisin deputatı Polad Bülbüloğlunun guya Gülnarə Şıxəliyeva ilə boşandığı və üçüncü dəfə evləndiyi barədə məlumatlar yayıb.

Mia.az xəbər verir ki, "Novoye Vremya" qəzeti məsələyə dair birbaşa şərh almaq üçün Polad Bülbüloğlu ilə əlaqə saxlayıb.

 Qəzet yazır ki, xalq artisti hazırda Türkiyədə istirahət edir. O, boşanma ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, nə Gülnarə Şıxəliyeva ilə boşanıb, nə də üçüncü dəfə ailə həyatı qurub.

 Xalq artisti həmçinin Novoye Vremya nəşrinə bildirib ki, Azərbaycana qayıtdıqdan sonra həmin məlumatı yayan veb-saytların hərəkətlərinə hüquqi qiymət verilməsi məsələsini qaldırmağı nəzərdə tutur.

***

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”.

Mia.az xəbər verir ki, bunu  gununsesi.info-ya açıqlamasında Xalq artisti Polad Bülbüloğludan boşandığı deyilən həyat yoldaşı Gülnarə Şıxəliyeva deyib.

O, həyat yoldaşından ayrılması barədə suala cavabında bunları deyib:

“Səhhətimdə yüngül problemlər olduğu üçün bu aralar mən cəmiyyət içinə çıxa bilmirəm. Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim.

Mən, ümumiyyətlə, heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil. Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam. Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR