Türkiyədə bütöv bir kənd satışa çıxarıldı - Eynən tarixi filmdəki kimi...

Türkiyədə bütöv bir kənd satışa çıxarıldı - Eynən tarixi filmdəki kimi...

DÜNYA

25.08.2026, 15:39

Türkiyədə bütöv bir kənd satışa çıxarılıb.

Mia.az Türkiyə mətbuatına görə, flm kimi hadisə Şanlıurfada yaşanır.

Məlumata əsasən, Şanlıurfanın Külünçe kəndi 7500 hektarlıq ərazi və evləri ilə birgə 1 milyard 500 milyon TL-yə (təxminən 30 milyon dollar) satılır: "Bütöv kənd satılır" elanı bir neçə yerdən asılıb. Elanda kəndin kənd təsərrüfatı və heyvandarlıq investisiyaları baxımından qiymətləndirilə biləcəyi izah olunub".

Türkiyə mətbuatı bu satışı məşhur aktyor Şənər Şenin vaxtilə baş rolunu oynadığı unudulmaz "Züğürt Ağa" filmindəki səhnə ilə eyniləşdiriblər.

Kəndin niyə satılması haqda isə məlumat verilməyib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR