ERMƏNİSTAN PARLAMENTİ 5 İLLİK PROQRAMI QƏBUL ETDİ - Azərbaycan və Türkiyə ilə bağlı

ERMƏNİSTAN PARLAMENTİ 5 İLLİK PROQRAMI QƏBUL ETDİ - Azərbaycan və Türkiyə ilə bağlı

GÜNDƏM

Bugün, 18:12

Bu gün Ermənistan Parlamenti hökumətin 5 illik proqramını təsdiqləyib.

Mia.az Ermənistan mətbuata istinadla xəbər verir ki, proqram Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması istiqaməti üzrə hökumətin mərhələli fəaliyyətini özündə birləşdirir.

Məlumata görə, Nikol Paşinyan hökumətinin "Əsl Ermənistan" konsepsiyasına əsaslanan 2026-2031-ci illər proqramı bu gün səsə qoyularaq, 63 səs lehinə, 24 deputat əleyhinə səs verməklə qəbul olunub.

Proqramda Azərbaycanla bərqərar olan sülhün möhkəmləndirilməsi və daha da institusionallaşdırılması, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və regional ölkələrlə münasibətlərin normallaşdırılması kimi maddələr daxildir.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR