"Tehran administrasiyası Hörmüz Boğazı ilə bağlı şərtlərini ABŞ-a göndərib"

\"Tehran administrasiyası Hörmüz Boğazı ilə bağlı şərtlərini ABŞ-a göndərib\"

DÜNYA

Bugün, 18:19

"Tehran administrasiyası Hörmüz Boğazı ilə bağlı şərtlərini ABŞ-a göndərib".

MİA.AZ xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Tasnim" Agentliyinə İran hökumətindən  məlumat verilib.

Qeyd edilib ki, yeni şərtlər ABŞ-a Pakistan Ordusunun Baş Qərargah rəisi marşal Asim Munir vasitəsilə çatdırılıb.

Məlumata görə, Asim Munirlə çox effektli ümzakirə aparılıb: "O, bu səfərə ABŞ-dan təhdid mesajı ilə gəlməyib,  əksinə, danışıqlar üçün yol açmaq və İranın şərti və mövqeyini ABŞ tərəfinə çatdırmaq məqsədi üçün gəlib. Müzakirələrdə ABŞ-ın İslamabad Sazişlərinə qayıtması və sazişin müddəalarını həyata keçirməsi də yer alıb. Bu kontekstdə İranın Hörmüz Boğazı ilə bağlı qaydaları özündə əks etdirən 5-ci maddənin tətbiqini tələb etdiyi və şərtlərini Pakistan rəsmisi vasitəsilə Vaşinqtona çatdırmağı ondan xahiş etdik".

Xatırladaq ki, 5-ci maddə İranın Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçməsi üçün tədbirlər görməsi və boğazın gələcək idarə olunması, həmçinin əlavə xidmətlərlə bağlı Omanla müzakirələr aparması nəzərdə tutulur.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR