Avropa Məhkəməsi Ərdoğanın qəzəbinə gələn hüquq müdafiəçisi barədə qərar verdi: dərhal azad olunmalı və təzminat ödənilməlidir!

Avropa Məhkəməsi Ərdoğanın qəzəbinə gələn hüquq müdafiəçisi barədə qərar verdi: dərhal azad olunmalı və təzminat ödənilməlidir!

SİYASƏT

Bugün, 14:08

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası İstanbulda "Gezi Parkı" etirazlarına görə həbs olunmuş hüquq müdafiəçisi Osman Kavala ilə bağlı rəsmi Ankaraya qarşı sərt qərar qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, Kavala ən qısa zamanda azadlığa buraxılmalı və Ankara ona əsassız həbsə görə təzminat ödəməlidir.

Qərarda ən çox diqqətçəkən məqam isə Türkiyənin hökmə etiraz haqqı verilməməsidir: "Qərara Ankaranın apelyasiya şikayəti vermək hüququ yoxdur".

AİHM qərarında Kavalanın məhkum edilməsinin Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 11-ci maddələrini pozduğunu və onun həbsinin 5-ci maddəyə zidd olduğunu təkrarlayıb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR