İranlı hakerlər Britaniyada Elektrik Stansiyasını çökdürüb - Nəhəng obyekt dörd gün işləməyib

İranlı hakerlər Britaniyada Elektrik Stansiyasını çökdürüb - Nəhəng obyekt dörd gün işləməyib

DÜNYA

24.08.2026, 09:00

ABŞ və İsraillə döyüşən İran rejiminə bağlı hakerlər Böyük Britaniya elektrik stansiyasına qarşı kiberhücum həyanata keçiriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniya Kəşfiyyat Agentliyinin tabeliyində Milli Kiber Təhlükəsizlik Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, iranlı hakerlər ölkədə ilk dəfə olaraq bir elektrik stansiyasını çökdürüblər: "İranlılar ölkədə elektrik stansiyasına hücum edərək, onun fəaliyyətini iflic ediblər. Nəticədə stansiya 4 gün işləməyib. Mütəxəssislər 24 saatlıq rejimlə çalışaraq stansiyanın fəaliyyətini 4 gün sonra bərpa edə biliblər".

Məlumatda stansiyanın adı və hansı bölgədə yerləşdiyi açıqlanmayıb. Lakin qeyd olunub ki, həmin günü ölkədə 200-dən çox mülki obyektə hücum olunub.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR