Xırdalan bələdiyyəsinin sabiq sədrinin cinayət işi - Məhkəməyə göndərildi
KRİMİNAL
Bugün, 14:24
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Musayev Orxan Elxan oğlunun qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1.92 ha torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.
Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Süni intellekt üçün internet “Bakcell”dən...
Bugün, 16:46 İQTİSADİYYAT
-
"Alqoritmlər qorxu və qəzəb doğuran məlumatları daha geniş auditoriyaya çıxarır" - Zahid Oruc
Bugün, 16:20 CƏMİYYƏT
-
Azərbaycandan Gürcüstana elektrik enerjisi veriləcək - Prezident İlham Əliyev sazişi təsdiqlədi
Bugün, 16:09 GÜNDƏM
-
Vaqif Poeziya Günləri keçiriləcək - Bu tarixdə
Bugün, 15:58 MƏDƏNİYYƏT
-
Türkiyə super liqasında yeni mövsüm: püşk atıldı, derbi vaxtları bəlli oldu
Bugün, 15:51 İDMAN
-
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib - Müzakirəyə nə çıxarılıb?
Bugün, 15:47 CƏMİYYƏT
-
Sevda Sanəliyeva: "Ərim var ki, gizlədim də"
Bugün, 15:41 ŞOU-BİZNES
-
Müğənni Mehinin ölkədən çıxışına qadağa qoyulub - VİDEO
Bugün, 15:29 ŞOU-BİZNES
-
Ərdoğanın daha bir liderə hədiyyə etdiyi tapança gündəm oldu – Hava limanında xəbər tutdu və…
Bugün, 15:20 GÜNDƏM
-
Ərdoğan liderlərə bu tapançanı hədiyyə edib – İlk dəfə görüntüləndi (FOTO)
Bugün, 15:11 GÜNDƏM
-
MİQ imtahanlarının vaxtı açıqlandı
Bugün, 14:59 GÜNDƏM
-
Küveytdən İranın hücumu barədə açıqlama: 4 raket, 10 dron zərərsizləşdirildi
Bugün, 14:46 DÜNYA
-
İran XİN-dən ABŞ-ın son hücumu barədə daha bir – AÇIQLAMA
Bugün, 14:33 DÜNYA
-
Nazir Vilayət Eyvazov rəisləri topladı: yeni tapşırıqlar verildi - DİN-də kollegiya iclası
Bugün, 14:29 CƏMİYYƏT
-
Xırdalan bələdiyyəsinin sabiq sədrinin cinayət işi - Məhkəməyə göndərildi
Bugün, 14:24 KRİMİNAL
-
YENƏ AZAL, YENƏ ŞİKAYƏT: "Bu, necə məsuliyyətsizlikdir?" - Sərnişin nədən narazıdır?
Bugün, 14:11 CƏMİYYƏT
-
ABŞ–İran müharibəsi: diplomatiya bitdi, risklər böyüdü - Professor yazır
Bugün, 14:08 YAZARLAR
-
Həbsdə olan TV rəhbəri sərbəst buraxıldı
Bugün, 13:54 PRESS
-
Rəsmi Moskva: “Əgər NATO strateqləri bir anlıq dayanıb düşünsəydilər..."
Bugün, 13:47 SİYASƏT
-
Məşhur aktrisa illərə meydan oxuyur
Bugün, 13:18 ŞOU-BİZNES
-
SOCAR və "Technip Energies Italy S.p.a." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:12 İQTİSADİYYAT
-
"O vaxt MTN-dəki səlahiyyətlərindən istifadə edən Mövlam Şıxəliyev..." - YAP-ın keçmiş təşkilat sədri restoran qalmaqalından danışdı
Bugün, 12:57 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 İQTİSADİYYAT
-
Türkiyədə yeni tədris proqramı: nə dəyişəcək? - TƏHLİL
Bugün, 12:28 DÜNYA
-
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Bugün, 12:23 CƏMİYYƏT
-
Polis Sabunçuda əməliyyat keçirdi, saxlanılanlar var
Bugün, 12:15 KRİMİNAL
-
"Turan Tovuz" klubunda yeni təyinat oldu
Bugün, 12:08 İDMAN
-
Pezeşkianla XİN başçısına İraqda hücum olub - VİDEO
Bugün, 12:01 DÜNYA
-
Hadrutda əkin yerləri yerli sakinlərə paylanacaq - Şərtlər
Bugün, 11:50 İQTİSADİYYAT
-
Aparıcı dövlət qurumlarında reklam adıyla mənimsəmələrdən söz açdı: "Bəzi reklam agentlikləri var ki..."
Bugün, 11:30 PRESS
-
"Sea Breeze"də qalmaqal - Reper Elşad Xosedən polisə şikayət olunub
Bugün, 11:19 ŞOU-BİZNES
-
İran ABŞ-ın son hücumundakı itkiləri açıqladı – Tramp isə “Razılaşmaq istəyirlər, lakin etibarım qalmayıb” deyir
Bugün, 11:10 GÜNDƏM
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 11:09 CƏMİYYƏT
-
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi başlayıb
Bugün, 11:00 CƏMİYYƏT