Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə olunub - Məhkəmə prosesi
KRİMİNAL
24.08.2026, 09:31
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mia.az xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.
Bildirilib ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər.
B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.
Eyni zamanda hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş "Binance" beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.
Bununla yanaşı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa düşülür.
Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.
Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: "Bizim öz yolumuz var" - VİDEO
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
TRAMPDAN VAHİMƏLİ XƏBƏRDARLIQ: "İrana mini nüvə bombası ata bilərik" - "MOAB"ın üstünlükləri nədir?
16.10.2026, 23:11 GÜNDƏM
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
16.10.2026, 23:11 SİYASƏT
-
ABŞ-la UKRAYNA ARASINDA GƏRGİNLİK DƏRİNLƏŞDİ, STARLİNK XİDMƏTİ GERİ ÇƏKİLDİ - Zelenski Trampa cavab verdi
16.10.2026, 19:54 GÜNDƏM
-
Nəhəng ilanların kabusu ortaya çıxdı
16.10.2026, 19:00 DÜNYA
-
Zelenskinin Aİ-dən 70 milyard avro istəyir
16.10.2026, 19:00 DÜNYA
-
Ceyhun Bayramov Banqladeş XİN başçısı ilə görüşüb
16.10.2026, 18:03 SİYASƏT
-
Bolqarıstan NATO-dan təcili dəstək İstədi: dron, hava müdafiə sistemləri...
16.10.2026, 17:55 GÜNDƏM
-
Vasif Talıbov YAP-dakı gücünü də itirdi
16.10.2026, 17:38 SİYASƏT
-
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı
16.10.2026, 17:27 SİYASƏT
-
Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb
16.10.2026, 17:27 İQTİSADİYYAT
-
Aparıcı mesajları qəsdən gec cavabladıranları qınadı: "Çox zavallısınız"
16.10.2026, 17:20 CƏMİYYƏT
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
16.10.2026, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
16.10.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
16.10.2026, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
16.10.2026, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
16.10.2026, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
16.10.2026, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
16.10.2026, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
16.10.2026, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
16.10.2026, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
16.10.2026, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
16.10.2026, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
16.10.2026, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
16.10.2026, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
16.10.2026, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
16.10.2026, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
16.10.2026, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
16.10.2026, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
16.10.2026, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
16.10.2026, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
16.10.2026, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
16.10.2026, 12:43 GÜNDƏM