CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”i partiyadaşları tərəfindən etirazla qarşılandı

CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”i partiyadaşları tərəfindən etirazla qarşılandı  

SİYASƏT

Bugün, 13:15

Məhkəmə qərarıyla Kamal Kılıçdaroğlunun sədr postunda dönməsindən sonra CHP İstanbul şəhər təşkilatında qəyumluq səlahiyyətini itirən, lakin hazırda partiyada sədrin sağ əli kimi fəaliyyət göstərən Gürsel Tekin gözənilməz etirazla qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbulun Avcılar rayonunda partiya üzvləri ilə görüşdə partiyanın Gənclər Təşkilatı üzvləri tərəfindən “iqnor” olunub.

Məlumata görə, toplantı salonun pəncərəsindən görünən ilk ərazidə böyük plakat açan gənclər ona “rədd ol” mesajı verib: ““Azad İstanbul, Azad Türkiyə" və "Qəyyumlar gedəcək, biz qalacağıq" şüarları yazılıb”.

Maraqlı budur ki, bu görüntü G.Tekinin öz sosial media hesabında paylaşdığı fotolarda da yer alıb.

Tahir

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR