Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
SİYASƏT
Bugün, 14:07
Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən "C6" əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.
Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Nazir qarşı tərəfə fəaliyyətində uğurlar arzulayıb. BMT-nin yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
NATO-nun Baş Katibi Ankaraya gəldi
Bugün, 15:46 GÜNDƏM
-
Milli Observatoriyanın əməkdaşı vaxtsız vəfat edib
Bugün, 15:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev kənd təsərrüfatı torpaqları barədə fərman verdi - DƏYİŞİKLİK
Bugün, 15:34 İQTİSADİYYAT
-
Super Liqada püşkatma: mərasimin vaxtı bəlli oldu
Bugün, 15:30 İDMAN
-
Azərbaycan Auditorlar Palatasının keçmiş vəzifəli şəxslərinə hökm oxunub
Bugün, 15:18 KRİMİNAL
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
Bugün, 15:11 GÜNDƏM
-
Azərbaycan, Misir və Türkiyə hava qüvvələri bir arada - VİDEO
Bugün, 14:59 GÜNDƏM
-
“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
Bugün, 14:54 İQTİSADİYYAT
-
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 14:53 GÜNDƏM
-
İncəsənət məktəb və mərkəzlərində ixtisas və məktəb seçimi mərhələsi başlayıb
Bugün, 14:50 MƏDƏNİYYƏT
-
Bakda müəlliməni kim şantaj edib? - Məhkəmə işi
Bugün, 14:30 KRİMİNAL
-
Şirvanda 34 manatlıq naqil oğurlanıb
Bugün, 14:23 KRİMİNAL
-
Qarabağ bölgəsində 2333.3 hektar ərazi minalardan təmizlənib
Bugün, 14:14 CƏMİYYƏT
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 14:07 SİYASƏT
-
Regionlarda "Media savadlılığının təşviqi" layihəsinə başlayır – Qafqaz Araşmaları Mərkəzi gəncləri maarifləndirəcək
Bugün, 13:56 PRESS
-
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul... - DİM açıqlama yaydı
Bugün, 13:56 PRESS
-
DÇ-2026-da inanılmaz qalmaqal: Tramp müdaxilə etdi, FİFA qırmızı kartı ləğv etdi – FUTBOL DÜNYASI ŞOKDA!
Bugün, 13:39 İDMAN
-
CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”i partiyadaşları tərəfindən etirazla qarşılandı
Bugün, 13:15 SİYASƏT
-
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.
Bugün, 12:59 GÜNDƏM
-
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başlayıb - QRAFİK
Bugün, 12:44 CƏMİYYƏT
-
AGENTLİKDƏ SƏDR MÜAVİNİ TƏYİNATI OLDU - Prezidentdən sərəncam + FOTO
Bugün, 12:30 GÜNDƏM
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Bugün, 12:27 CƏMİYYƏT
-
Naxçıvanda hərbçi, xanımı və övladı qəzada dünyasını dəyişiblər
Bugün, 12:13 KRİMİNAL
-
Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar yaradılıb
Bugün, 12:06 CƏMİYYƏT
-
Baş prokurorluq 21 yaşlı Fatimənin cinayət işini nəzarətə götürüdü: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bugün, 11:49 KRİMİNAL
-
Tramp Ankaraya gəlir: səfər proqramı dəqiqləşdi - Anıtqəbir…
Bugün, 11:38 GÜNDƏM
-
Nigeriyada əkinçilər tarlada atəşə tutulub – 9 nəfər ölüb, qalanları qaçırılıb
Bugün, 11:16 DÜNYA
-
Tramp NATO sammitinə saatlar qalmış foto paylaşdı, Baş naziri ələ saldı: “Uzaqlaşdırma qərarı çıxarmaq lazımdır”
Bugün, 11:16 GÜNDƏM
-
Hikmət Hacıyev: "Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir" - VİDEO
Bugün, 11:05 MƏDƏNİYYƏT
-
Xocalının Malıbəyli kəndi sakinlərinə əkin sahələri veriləcək
Bugün, 11:01 İQTİSADİYYAT
-
Azərbaycanda bir ilk: kamança üzrə milli standartlar təsdiqlənib
Bugün, 10:41 MƏDƏNİYYƏT
-
Azərbaycan Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Bugün, 10:38 GÜNDƏM
-
Qumral: "Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar"
Bugün, 10:36 ŞOU-BİZNES
-
Paşinyan Rusiyaya gedib
Bugün, 10:18 GÜNDƏM