"Baxın, Fon der Lyayenin 4 il əvvəlki və indiki səfərinin kontekstinə..." - ZAHİD ORUCLA MÜSAHİBƏ
SİYASƏT
Bugün, 13:23
Azərbaycan – Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə adlaması və qarşılıqlı etimad mühitinin yaranması anti-Azərbaycan çevrələr üçün “soyuq duş” effekti yaradıb.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşü, əməkdaşlığın perspektivləri ilə bağlı səslənən bəyanatlar Bakı ilə Brüssel arasında intensiv əlaqələrin dinamikasını bir daha təsdiqləmiş oldu.
Mia.az xəbər verir ki, Avropa qurumunun yüksək səviyyəli rəsmisinin Azərbaycana və daha sonra Ermənistana səfərləri, perspektiv münasibətlərlə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Musavat.com-un suallarını cavablandırıb.
- Zahid bəy, Lyayenin Azərbaycana, daha sonra isə Ermənistana səfərlərini zəruri edən amillərlə bağlı nə deyə bilərsiniz?
- Birinci növbədə xüsusilə vurğulayaq ki, Azərbaycan Avropa Birliyi, onun əsas siyasi strukturları ilə bütün bu illər ərzində fəal münasibətlərdə həmişə maraqlı olub və böyük iradə göstərib. Mən istərdim ki, sizə illər öncə böyük qlobal silkələnmə yaradan “Wikileks”dən bir sitat gətirim: Bağlı qapılar arxasında dövlət başçısı İlham Əliyevlə görüşərkən istər NATO, istərsə də Avropa Birliyi təmsilçilərinə ölkə rəhbərinin verdiyi mesaj çox aydın olub. O, hər zaman vurğulayırdı ki, Cənubi Qafqazın taleyi, resurs ölkəsi, coğrafiyası, həmçinin etnik, milli və s. kimi parametrlər üzərindən məhz Azərbaycanda müəyyənləşir. Və burada tarixən müxtəlif imperiyalar arasında həmişə aparılan savaşlarda Azərbaycanın taleyi qoyulduğu üçün həmin beynəlxalq dairələrdən, yəni konkret olaraq NATO və ya Avropa Birliyindən Azərbaycan prezidenti ən azı bu sıra məsələlərdə başa düşülmə, anlayış və s. kimi mövqelər istəmişdi. Yəni bu sıra məsələlərdə bizə dəstək vermirsiniz, bunu haradasa bəlkə də anlamaq olar, ancaq müxtəlif xarakterli təzyiqlər baş verməsin.
Baxın, Fon der Lyayenin 4 il əvvəlki və indiki səfərinin kontekstinə, fonuna diqqət yetirək. Avropa Şurası Parlament Assambleyasında məlum dairələr, uzun onillər Qarabağ məsələsini əldə saxlayan və regiona təzyiq alətinə çevirən qüvvələr gördülər ki, bu problem artıq ortadan qalxır və sülh erası başlanır. O üzdən hərəkətə gəldilər və 23 iyunda Fransa Milli Assambleyasının saytında Xarici İşlər Nazirliyinin cavabları dərc olundu və orada “Dağlıq Qarabağ xalqı”, erməni terrorçularına yönələn “məhbuslar” və s. ifadələr geniş şəkildə əksini tapmışdı. 24 iyunda isə həmin qətnamə qəbul olundu və bu fonda dərhal da Bakıdan həbsdə olan haylı-küylü keçmiş ictimai fəallar, yaxud da media ilə əlaqəli şəxslər bir-birinin ardınca müraciətlər ünvanlamağa başladılar. Lakin səfərin ümumi ruhunu əngəlləmək mümkün olmadı. Siz diqqət etdinizsə, bir sıra istiqamətlərdə, yəni ilk növbədə İlham Əliyevin regional və beynalxalq siyasətdə liderlik mövqeyinə Fon der Lyayenin açıq mətnlə dəstəyi ifadə olundu. Baxmayaraq ki, ötəndəfəki səfərindən sonra da onun əleyhinə həmin qüvvələr Avropanın müəyyən medialarında, yaxud hansısa sosial şəbəkə hesablarında, paylaşımlarında fərqli mövqe göstərmişdilər.
- Sözlərinizdən belə anlaşılır ki, anti-Azərbaycan qüvvələr əslində Fon der Lyayenin əleyhinə fəaliyyət göstərən mərkəzlərdir, eləmi? Söhbət AŞ PA, AP, Fransa XİN və digər mərkəzlərdən gedir...
- Tamamilə doğrudur. Fakt ondan ibarətdir ki, Azərbaycan liderinin qeyd etdiyi kimi, xarici iqtisadi tərəfdaşlıq siyasətində ölkəmizə 40 faizə qədər önəm verilməsi, Avropa İttifaqının 10 ölkəsinə davamlı qaz nəqli, yəni enerji təhlükəsizliyində aktiv iştirak, xüsusilə də regionda və postsovet məkanında, artıq İranı da nəzərə aldıqda, daha geniş coğrafiyada gərginliyin, savaşın ixrac olunduğu, yayıldığı şəraitdə Azərbaycanın həm enerji, həm iqtisadi tərəfdaş kimi sabit proqnozlaşdırılan mövqeyi çox önəmlidir. Nə qədər ki, bizim həmin o resurslara qarşı münasibətdə də, gah onun Rusiya, yaxud digər hər hansı dairələrin sanksiyasının pozulması kimi qələmə verən qüvvələr də - elə Avropa Şurasında da “sanksiya” ifadəsi bizim əleyhimizə dilə gətirilmişdi - gördülər ki, regionun ümumi taleyi həqiqətən də Azərbaycanda həll olunur. Yəni ölkə rəhbərinin 2010, 2012, 2015-ci illərdə davamlı şəkildə dilə gətirdiyi mövqe təqdiqini tapdı. Avropa Birliyinin rəhbərliyi dünənki görüşdə və mediaya verilən açıqlamada gələcəkdə iki-üç istiqamətdə yardım göstəriləcəyini söylədi. Sülhün möhkəmələndirilməsi və s. proseslərə 20 milyon avro ayrılacaq.
Bildiyiniz kimi, 8 avqust 2025-ci il Vaşinqton Zirvəsində sülh müqaviləsinin paraflanması və strateji xartiyaların imzalanması, sonra Vensin, Rubionun səfərləri və s. bir çoxlarında belə mövqe yaradırdı ki, baxın, artıq ABŞ-nin rəhbərliyi dəyişib, indi Bayden erası deyil və burada öncüllük Birləşmiş Ştatlara məxsusdur deyə, Avropa Birliyi proseslərdən kənarda qalıb, artıq Şarl Mişel də rəhbərlikdə təmsil olunmur. Artıq görünən mənzərə ondan ibarət oldu ki, Avropa Birliyi sülh proseslərinə dəstək verməkdə maraqlıdır. İkincisi, Azərbaycanın daxili işlərinə müdaxilə etməklə, onun əlində daim təzyiq aləti kimi saxlamaq mövqeyi olmayacaq. Üçüncüsü, Qarabağa, Xankəndiyə “ermənilərin qaytarılması” adı altında Fransanın, Almaniyadakı bəzi dairələrin, xüsusilə də parlament cinahında yer alan qüvvələrin, bəzi geniş lobbi qruplarının, o iclası çox diqqətlə izləmişəm və orada bir neçə, məsələn “xalq” qrupu, “mühafizəkarlar”, “sollar” və s. hamısının eyni dillə danışdığını müşahidə etdim. Yeganə olaraq ukraynalı deputatın mövqeyinə qarşı da az qala “səlib yürüşü” elan etdilər. Halbuki açıq mətnlə orada söylənmişdi ki, Azərbaycana edilən təzyiqlər geosiyasi nəticələr doğurur və onun qazancını, faydasını, nailiyyətini bu proseslər əleyhinə olan qüvvələr daha çox götürür, nəinki AB.
Ona görə də Ursula Fon der Lyayenin səfəri Azərbaycan – Avropa Birliyi münasibətləri tarixində yeni dövrün çox mühüm bir siqnalı olacaq. Hansı dövrdür? Bir daha söyləyirəm: bölgə açılıma hazırdır və burada təkcə Zəngəzur dəhlizi, kommunikasiyalar məsələsi deyil, bütövlükdə regionun özü, Gürcüstan da müəyyən ehtiyatlı mövqelərinə rəğmən, ciddi bir geosiyasi dəyişikliyin içərisindədir. Azərbaycanın mövqeyi yenə də həlledicidir. Ona görə də dünənki səfərin ümumi mahiyyəti bizim ölkəmizin uzun illər sistemli, ağılla, iradə ilə gətirdiyi xəttə Avropa Birliyinin dəstəyinin ifadəsi oldu.
- Zahid bəy, belə ümumiləşdirmək olarmı ki, Fon der Lyayen COP29 Zirvəsindən imtinanın yanlışlığını gec də olsa, dərk elədi?
- Tamamilə doğrudur. Çünki qeyd etdiyimiz lobbi qrupları ona həddindən artıq geniş problemlər yaratdılar və barəsində müxtəlif cinayət işlərinin qaldırılmasına qədər proses geniş inkişaf etdi. Bütövlükdə onun karyerası sual altına düşmüşdü. Söhbət təkcə Azərbaycanla bağlı məsələlərdən getmir, o prosesin bir xəttində Azərbaycan adı çəkilirdi. Avropa Birliyinin rəhbərliyi uğrunda gedən mübarizələrdə onun əleyhinə olan qüvvələr kifayət qədər güclü idilər. Fon der Lyayen həmin qüvvələr nisbətini hesablayaraq, dediyiniz ehtiyatlı addımı atdı. Halbuki o dövrdə ölkə rəhbərinin çox haqlı olaraq reaksiyası açıq mətnlə bildirilmişdi. Çünki bizim ölkəmiz müstəqil siyasət xəttini yürüdüb.
- Sizcə, Bakı və İrəvana edilən bu səfərlərə Rusiyadan hansı reaksiyalar veriləcək? Ermənistana münasibət bəllidir, Azərbaycanla bağlı nə gözləntiniz var?
- Biz forpost ölkə olmamışıq, bu mövqedə olanlara qarşı da açıq münasibət sərgiləmişik. Digər tərəfdən internasional savaşların, regional toqquşmaların məkanı olmamaq həm də o deməkdir ki, biz burada uzlaşmaları təşviq edirik. Yenə də Rusiya və İranla münasibətlərin Azərbaycan üzərindən çəkilməməsi xəttini biz ən sonda bir iradə ilə qəbul etdirə bildik. Ermənistanın siyasətinə baxın. Fon der Lyayen bu gün Ermənistanda səfərdədir. Uzun əsrlər boyu ya ermənilərlə, ya da xəritəyə çıxandan sonra Ermənistanla müttəfiqlik Rusiya vasitəsilə həyata keçirilib, onun dövlət varlığı Moskvaya bağlıdır. Amma indiki şəraitdə, həm KTMT, həm Rusiyanın özü ilə çox ciddi konfrantasiya var. Fon der Lyayenin İrəvana səfəri Moskvada anti-Rusiya kontekstinin gücləndirilməsi üslubunda qəbul olunur. Amma Azərbaycanın mövqeyi Rusiya əleyhinə, yaxud hansısa üçüncü ölkəyə qarşı üçüncü cəbhə açılması kimi qəbul olunmur. Çünki biz müstəqil siyasətimizi yürüdürük. Əksinə, bir sıra hallarda Rusiya sonda dərk elədi ki, Azərbaycanın bu mövqeyi onun Şimal-Cənub layihəsi və digər strategiyalarda xeyrinə işləyə bilər. Əgər bunu dərk etsələr, təhlillərini aparsalar, təbii ki...
- Son zamanlar Rusiyanın Zəngəzur dəhlizi – TRİPP marşrutunda gözünün olduğu aydın şəkildə müşahidə olunur. Avropalı qonaq konkretləşdirməsə də, onun da bu layihə ilə bağlı marağı görünürdü. Maraqların toqquşması hansı perspektivlər vəd edir?
- Gördünüz, iki gün öncə Rusiya xarici işlər nazirinin müavini Qaluzin bəyan etmişdi ki, Rusiyanın TRİPP layihəsinə qoşulması ziyanlı olmaz. Bəs axı bundan əvvəlki dönəmlərdə, hələ Tramp ikinci dəfə hakimiyyətə gəlməmişdi, onda az qala tərəfdarı və təşviqçisi kimi çıxışlar olurdu. Putinin imzaladığı 10 noyabr üçtərəfli razılaşmada da bu məsələ öz ifadəsini tapmışdı. Lakin ABŞ-nin prosesə qoşulması fonunda onlar artıq bunu özlərinin orada xidmət edən FTX qüvvələrinin ziddinə bir əməliyyat saydılar və dedilər ki, bu, İranın sərhəd ucunda, strateji dəhlizdə – strateji uc adlandırırlar oranı – ciddi bir toqquşmaya səbəb olacaq. Çünki İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Avropa Birliyi və ABŞ-nin maraqları toqquşmuş olacaq. Azərbaycan isə ərazi bütövlüyü məsələsini həll edəndən sonra bu coğrafiyanı açmaq mövqeyini nümayiş etdirir və Fon der Lyayenin səfəri ilə cənab Prezidentin məlum bəyanatı tamamilə üst-üstə düşür. Cənab Prezident vuğrulamışdı ki, nə üçün Cənubi Qafqaz bu qədər geri qalıb? Həqiqətən də biz baxdığımızda ÜDM-lərə diqqət etdikdə, Baltikyanı, Şərqi Avropa ölkələrinin hər biri çox sürətli sıçrayışlara nail olublar. Ona görə də bölgəmiz əgər vaxtında, 90-cı illərdə təcavüzkarlıq səbəbindən qapanıb qalmasaydı, beynəlxalq iqtisadi layihələrə açıq olsaydı, mənzərə başqa cür olardı. Bakı-Tiflis-Ceyhan neft kəməri, dəmiryolları və s. reallaşsa da, bu, bölgənin ümumi potensialının cəmi 10 faizi idi. Real hesablamalar göstərir ki, yaxın 10 ildə üç ölkənin ÜDM-i 10-12 faiz böyük artıma nail ola bilər. Bütün bölgənin sülhə qovuşması şəraitində 2 milyona yaxın iş yerlərinin açılması mümkün olacaq. Ona görə də İlham Əliyevin hal-hazırki statusu regional və beynəlxalq məna daşıyır. Son 100 ildə Qafqazlarda heç bir lider millətlərin taleyinə bu qədər həlledici təsir imkanı qazanmayıb. Yəni açıq desək, ermənilərin də, gürcülərin də taleyi indi Bakıda, İlham Əliyevin yürütdüyü siyasətdə müəyyənləşir. Bu, həqiqətdir, Azərbaycandan baxış deyil. Avropa Birliyində daha neytral mövqelər də, əminəm ki, Fon der Lyayen bura gələrkən müxtəlif siyasi institutlar, beyin mərkəzlərinin dərin analitik dosyelərindən çıxış edir. Ona görə də çöhrəsində, görüşündə, bədən dilində, jestlərində, ifadələrində hədsiz ehtiyatlılıq, yaxud da hansısa bir basqı dili, ya Azərbaycanın daxili siyasətini onun əleyhinə çevirmək, geosiyasi güzəştlər qoparmaq kimi addımlara gedilmədi və bunun da qarşılığı Prezidentin İlham Əliyev tərəfindən kifayət qədər yüksək bir mövqedən verildi. O üzdən həqiqətən vaxtilə bu regionun taleyi müəyyənləşərkən müxtəlif paytaxtlara baxılırdısa, indi tam məsuliyyətlə deyə bilərik ki, həm Qafqazın, həm də Azərbaycanın taleyi heç vaxt indiki qədər öz əlində olmayıb, özü tərəfindən müəyyənləşdirilməyib. Bu, gerçək ifadədir və regiona olan səfərdə də bunun səbəbi odur ki, qarşıdakı dönəmdə regionda böyük dəyişikliklər gözlənilir. Artıq İrəvanda Konstitusiyada məlum dəyişikliklər həyata keçiriləndən sonra...Çünki seçkilərdə qələbə həm də Azərbaycanla münasibətlər baxımından çox dərəcədə sinxron oldu. Və yəqin ki, buna görə Paşinyanla onların görüş imkanları qazanıla bildi, bu, həqiqətdir. Söhbət İrəvandakı seçkiləri Azərbaycanın idarə etməsi mənasına gəlmir. Amma bütün o tranzit məhdudiyyətlərin aradan qalxması, iqtisadi əlaqələrin tədricən bərpası və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının rüşeymlərinin yaranması nəticəsində sülh mövqeyində olan qüvvələr qalib gəldilər. Bununla belə, görünən mənzərə o idi ki, əks ssenariləri də təşviqləndirən qruplar, mərkəzlər mövcuddur. Belə olan halda, Brüsseldə əyləşib, Ermənistana sadəcə milyardlar yatırsalar, yenə də sonunda Saakaşviliyə dövründə olduğu kimi 20 milyarda qədər vəsait xərcləmişdilər xatırlatmasını etmək lazım gələcək. Ondan sonra da biz təxminən 5–7 il viza yüngülləşməsi və s. istiqamətində də o xəttə doğru getmişdilər. Sonra da geriyə dönüş baş verdi. Nə oldu? O vəsaitlərin taleyi hara getdi? Halbuki o vəsaitlər Azərbaycana qoyulmuş olsaydı, ümumilikdə bölgənin geosiyasi seçimi, taleyi daha fərqli olardı və hesab edirəm ki, bundan həm region dövlətləri, həm də Avropa Birliyi udardı...
Elşad Paşasoy
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda iki nəfər 19 kiloqramdan artıq narkotiklə tutulub
Bugün, 14:34 KRİMİNAL
-
Pakistanda avtobus qəzası: 40 nəfər hadisə yerində ölüb
Bugün, 14:27 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Bugün, 14:22 GÜNDƏM
-
İran Ordusunun Komandanı: “Xameneinin qisasını alacağıq”
Bugün, 14:09 DÜNYA
-
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
Bugün, 13:54 GÜNDƏM
-
"Kəpəz"in İdarə Heyətinin yeni sədri seçilib
Bugün, 13:38 İDMAN
-
"Baxın, Fon der Lyayenin 4 il əvvəlki və indiki səfərinin kontekstinə..." - ZAHİD ORUCLA MÜSAHİBƏ
Bugün, 13:23 SİYASƏT
-
Rusiyanın nəhəng şəhərində benzin tükəndi – Satış dayandı, meriya açıqlama yaydı
Bugün, 13:08 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 12:56 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:43 CƏMİYYƏT
-
Hikmət Hacıyev Bakıya gələn məşhur professorla müzakirə apardı: "Azərbaycanın orta güc kimi artan rolu..."
Bugün, 12:38 SİYASƏT
-
Şəhid Dəyanət Musayevlə vida mərasimi keçirilib - FOTO
Bugün, 12:36 CƏMİYYƏT
-
Prezident "Qaz təchizatı haqqında" fərman imzaladı - DETALLAR
Bugün, 12:30 GÜNDƏM
-
İran parlamentinin sədri Çin rəsmiləri ilə bir arada: “İsrail danışıqları pozmaq istəyir" - "Çinlə münasibətlər daha yaxın olmalıdır"
Bugün, 12:21 GÜNDƏM
-
Eldar Əzizovdan yeni - Təyinat
Bugün, 12:14 CƏMİYYƏT
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
Bugün, 12:04 KRİMİNAL
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
Bugün, 11:59 İQTİSADİYYAT
-
Gürcüstanda qırmızı bülletenlə axtarışda olan Azərbaycan vətəndaşını saxlanıldı
Bugün, 11:55 KRİMİNAL
-
General vəzifədən azad olundu - Daha bir general isə rəis təyin edildi
Bugün, 11:39 GÜNDƏM
-
"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlar dəyişir
Bugün, 11:23 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
Bugün, 11:11 GÜNDƏM
-
“Istefa verəcəyəm” – Haluk Levent
Bugün, 10:58 MƏDƏNİYYƏT
-
Paşinyan Xameneinin vida mərasiminə qatılıb - VİDEO
Bugün, 10:46 SİYASƏT
-
Dövlət torpaqlarının qanunsuz satılması... - 11 nəfərin cinayət işi məhkəməyə göndərildi
Bugün, 10:37 KRİMİNAL
-
Dövlət xidmətində 88 nəfər barəsində Baş Prokurorluğa material göndərildi - Korrupsiya faktları
Bugün, 10:20 GÜNDƏM
-
"Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
Bugün, 10:05 GÜNDƏM
-
İqbal Ağazadənin adıyla aldadılan jurnalistin pulu qaytarıldı - FOTO (YENİLƏNİB)
Bugün, 10:01 PRESS
-
Azərbaycan neftinin qiyməti 71 dollara düşüb
Bugün, 09:45 İQTİSADİYYAT
-
İsmayıl Kartal istədi, klub prezidenti aldı – Brazilyalı futbolçu İstanbula gəlir
Bugün, 09:33 İDMAN
-
İcra Hakimiyyəti yeniyetmələri istismar faktını paylaşdı, daha sonra isə görüntüləri tələsik sildi - FOTOLAR
Bugün, 09:26 CƏMİYYƏT
-
Nazirliyin sabiq idarə rəisinə cinayət işi açılıb - Mehdi Əmrahov nədə ittiham olunur?
Bugün, 09:15 CƏMİYYƏT
-
DÇ-2026: Əlcəzair yarışla vidalaşdı
Bugün, 08:59 İDMAN
-
"Arzum" ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı + DETALLAR
Bugün, 08:39 CƏMİYYƏT
-
Aktyora qandal vurulması Kılıçdaroğlunu hirsləndirdi: "Qaçma şübhəsi olmadığı açıq deyilmi?"
Bugün, 08:29 SİYASƏT