Dəniz Göktaşın polisdə verdiyi ifadə yayıldı: "İttihamları qəbul etmirəm"

Dəniz Göktaşın polisdə verdiyi ifadə yayıldı: \"İttihamları qəbul etmirəm\"

MƏDƏNİYYƏT

Bugün, 14:49

"Ölü dəniz" stand-up şou-proqramında "dini dəyərləri və prezidenti təhqir etmək" ittihamları ilə saxlanılan komediyaçı Dəniz Göktaşın polisdə verdiyi ifadə yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ifadəsində hər iki ittihamı rədd edib.

Göktaş sözlərinin yumor çərçivəsində olduğunu və heç kimi təhqir etmək və ya incitmək niyyətində olmadığını bildirib:

“Bu şou, təxminən 3 ildir Türkiyənin müxtəlif şəhərlərində verdiyim bir tamaşadandır. Bu şounu 100.000-dən çox izləyici izləyib və bu hissədən indiyədək heç kimdən şikayət almamışam. Orada da heç əsi təhqir etməmişəm. Dindar bir insanı incitmək niyyətim yoxdur, ola bilməz. Prezidenti təhqir etmək ittihamını da qəbul etmirəm. "Diktator" sözü siyasi xarakteristikadır və tez-tez ictimaiyyət qarşısında müzakirə olunan mövzudur. Bu, sadəcə "demokratik avtokrat" kimi bir sözdür, bu, şou boyunca Türkiyədəki məşhur şəxsiyyətlərə, ideologiyalara və sosioloji hadisələrə yumoristik bir yanaşmadır, başqa məqsədim yoxdur. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm."

F.SƏFƏRLİ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR