Suriya Prezidenti aktrisanı deputat etdi – FOTOLAR

Suriya Prezidenti aktrisanı deputat etdi – FOTOLAR  

DÜNYA

Bugün, 19:30

Suriya Prezidenti Əhməd Şara 210 yerlik parlamentin (Xalq Məclisi) 70 üzvünü birbaşa təyin etmək hüququndan istifadə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun keçid dövrü parlamentinə birbaşa təyin etdiyi 70 deputatın arasında 36 yaşlı aktrisa Rozina Lazkaniyə də var.

Bu təyinata qədər siyasi təcrübəsi olmayan aktrisa etimada görə Şaraya təşəkkür edib.

Məlumatda deyilir ki, təyinat alan 70 nəfərdən 15-i qadındır: “Bununla da seçilmiş altı qadınla birlikdə parlamentdə qadın millət vəkillərinin sayı 21-ə yüksəlib”.

Xatırladaq ki, Lazkani daha çox “Netflix”in "Əl-Heybə" serialındakı performansı ilə məşhurlaşıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR