İngilis həkim 36 yaşlı modeli doğrayıb  

İngilis həkim 36 yaşlı modeli doğrayıb  

DÜNYA

Bugün, 16:41

Britaniyalı həkim Mettyu Foster-Smit 36 ​​yaşlı kolumbiyalı model Nataliya Villalbanı amansızlıqla öldürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, öldürdüyü keçmiş sevgilisini sonradan doğrayaraq hissələrini çamadana yığıb.

Məlumata görə, həkim daha sonra o hissələri axar çaya tökərək izi azdırmağa çalışıb: “İnterpolun Qırmızı Bülleteni ilə axtarışda olan Foster-Smit Ekvadorda tutulub”.

Xəbərdə deyilir ki, Kolumbiyada baş verən dəhşətli qətllə bağlı  cinayət işi açılıb.

46 yaşlı britaniyalı həkim Metyu Foster-Smit isə ittihamı rədd edir: “Hadisə baş verən zaman mən İngiltərə futbol matçını izləyirdim. Kolmbiyada deyildim. Qətldə rolum və iştirakım yoxdur”

Məlumatda deyilir ki, istintaq əldə etdiyi videogörüntülərlə həkimin yalan danışdığını üzə çıxarıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR