Türkiyə parlamentində rüsvayçı olay: təcrübəyə göndərilən 4 qızın namusuna toxunublar…

Türkiyə parlamentində rüsvayçı olay: təcrübəyə göndərilən 4 qızın namusuna toxunublar…  

DÜNYA

Bugün, 13:13

Türkiyə Böyük Millət Məclisinə (TBMM) təcrübəyə (“staj”) göndərilən 18 yaşı tamam olmamış 4 universitet tələbəsini cinsi istismara məruz qoyan parlament işçiləri, nəhayət, cəzalandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Məkəməsi hökm çıxarıb.

Hökmlə bağlı yayılan xəbərlərdə qız tələbələrin namusuna sataşan parlanment işçiləri həbsxanaya göndəriliblər: “Türkiyə Böyük Millət Məclisində təcrübəçi qızlaraqarşı cinsi istismar ittihamı üzrə Durmuş Uğurlu 6 il 16 ay 3 gün, İbrahim Beşlioğlu 1 il 15 ay, Recep Seven 6 il 3 ay və Halil İlker Güner 1 il 16 ay 3 gün müddətinə azadlıqdan məhrum ediliblər. Yalnız bir nəfər -  Ramazan Çetin ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb”.

Məlumatda deyilir ki, bu iddia üzrə bir nəfər isə vəzifədən azad olunub.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR