“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayət edir
CƏMİYYƏT
Bugün, 10:48
“5 ildir yaşadığım, bütün qanuni sənədləri, çıxarışı olan evimin qarşısından keçən küçə ilə bağlı başqa bir şəxsə çıxarış verilib. Həmin şəxs də daş, qum töküb özünə ev tikir. Nəticədə evimizə girib-çıxa bilmirik. Tək bizim yox, həmin ərazidə yaşayan 20-dən çox sakinin evinin yolu bağlanıb...”
Mia.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonunun Digah qəsəbəsi Şövkət Ələkbərova küçəsi 55 ünvanında yaşayan tibb xidməti polkovnik-leytenantı Namiq Əliyev müraciət edib.
Zabitin sözlərinə görə, 2017-ci ildə sözügedən ərazidə atası Elfail Əliyevin adına 6 sot torpaq sahəsi alıb və orada ev inşa etdirib: “Torpağım tam qanuni - çıxarış sənədi ilə alınıb. 2021-ci ildə isə orada evimi tikmişəm və evimə də çıxarış almışam. Həmin ildə də evə ünvan verilib: Şövkət Ələkbərova küçəsi 55. Ünvan portalında da axtarış edəndə mənim evimi göstərir. Bu ilin mart, ya aprel ayında mənə zəng gəldi ki, bəs sizin evin qabağı bizim torpaq sahəsidir. Dedim axı bu necə ola bilər? Ora mənim ünvanımdır, dövlətin küçəsidir. Məndən əlavə, yuxarıda təxminən 25 evin yoludur. Dedilər, yox, o yol səhv salınıb, ora bizim torpağımızdır. Biz həmin yoldaşla görüşdük. Çıxarışına baxdım ki, həqiqətən orada başqa torpaq sahəsi görünür. Məsələ burasındadır ki, işıq dirəkləri, su xətləri, internet xətti – hamısı o küçədən keçir. Hardasa 10-12 metr enində böyük bir küçədir. Qonşulara da həmin küçəyə ünvanlar verilib, çıxarışları olanlar var...”
.jpg)
Şikayətçi bu səbəbdən bütün rahatlığının əlindən alındığını, evindən köçmək məcburiyyətində qaldığını deyir: “Görünür, həmin şəxsə koordinatlarını səhv veriblər, gətirib bizim torpağa bitişdiriblər. Onlara saxta sənəd veriblərmi, günah kimdədir, bilmirəm. Həmin şəxs də gətirib düz mənim evimin qabağına daş, qum töküb, bölgü aparır. Mən bugünkü gün darvazamdan içəri girib-çıxa bilmirəm. Məcbur olub yayın istisində köçmüşəm şəhərə.
Əgər orada ev inşa olunsa, mənim evimlə yanaşı 20-dən çox evin yolu bağlanır. Biz Digahın mərkəzi küçəsinə düşmək üçün gərək 700 metr fırlananaq başqa tərəfdən keçib gələk. Qonşular da, mən də öz evimizin layihəsini, qapının girişini, pəncərələrin yerini - hər şeyi bu küçəyə uyğunlaşdırmışıq. Mən hərbçi olduğuma görə hər şeydə qanun tərəfdarıyam. Həmişə çalışmışam ki, sənədlərim qaydasında olsun, problem olmasın. 10 ildən sonra gəlib belə bir şey çıxır ortalığa, ailəmin bütün rahatlığı əlindən alınır”.
N.Əliyev problemlə bağlı aidiyyəti qurumlara – 102 xidmətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdiyini əlavə edib.
Şikayətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Əliyev Elfail Lətif oğlunun Digah qəsəbəsi, Şövkət Ələkbərova küçəsi ev 55A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 02.07.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb: “Qeyd olunan fərdi yaşayış evinin qonşuluğunda yerləşən və şikayət olunan 6 sot torpaq sahəsi üzərində hüquqlar bundan əvvəl 10.10.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Belə ki, ilkin olaraq Abşeron rayon icra başçısının 10.06.1999-cu il tarixli Sərəncamı ilə Rüstəmov Xıdır Nağı oğluna 0.12 ha torpaq sahəsi ayrılıb və həmin torpaq sahəsinə dair ona 16.10.2006-cı il tarixli çıxarış verilib. 19.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0.06 hissəsi başqa şəxsə satılıb (həmin sahə şikayət olunan torpaq sahəsinə bitişik olmaqla qonşuluğundadır). Yerdə qalan 0.06 ha hissə 04.03.2026-cı il tarixli alqı-satqı müqaviləsi ilə şikayət olunan torpaq sahəsinin hazırki sahibinə satılıb.
Məlumat üçün bildiririk ki, torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yeri (ərazi torpaq sahəsinə dair 10.10.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilində yerləşir) uyğundur. Həmin torpaq sahəsinin xüsusi mülkiyyət olduğunu nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq burada müvafiq icazələr alınmaqla tikinti işləri aparıla bilər.
.jpg)
Qeyd olunan torpaq sahəsi bundan əvvəl istifadəsiz olduğundan və hüquq sahibləri tərəfindən uzun müddət sahiblənmədiyi səbəbindən həmin torpaq sahəsi ümumi yol kimi istifadə edilib”.
Xidmətdən, həmçinin bildirilib ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14.11.2017-ci il tarixində Şövkət Ələkbərova küçəsinin başlanğıc və son nöqtələri göstərilməklə xəritəsi işlənib və 21.11.2017-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilərək Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) yerləşdirilib: “Əliyev Əfrail Lətif oğluna məxsus fərdi yaşayış evi üzərində hüquqlar qeydiyyata alınarkən evin ünvanı ÜRİS məlumatlarına əsasən təyin edilib.
Əlavə olaraq bildiririk ki, şikayət olunan torpaq sahəsi Əliyev Elfail Lətif oğluna məxsus ünvanı Şövkət Ələkbərova küçəsi ev 55A olan fərdi yaşayış evinin və həmin ünvanla üzbəüz olan ünvanı Şövkət Ələkbərova küçəsi ev 50 göstərilən fərdi yaşayış evinin (ümumilikdə iki evin) girişini bağlayıb. Lakin, Şövkət Ələkbərova küçəsi ilə kəsişən 5 küçə olduğundan həmin küçədə yerləşən digər evlərə alternativ yollar mövcuddur. Həmçinin Əliyev Elfail Lətif oğluna məxsus evin girişinin Hacırza Rzayev küçəsindən açılması imkanı var.
Bununla əlaqədar, vətəndaş Namiq Əliyev (Elfail Əliyevin oğlu) 4 saylı Abşeron ərazi idarəsinə dəvət olunub və mübahisə predmeti hesab etdiyi torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ona əyani olaraq göstərilərək ünvanının digər küçəyə (Hacırza Rzayev küçəsinə) dəyişdiriməsi təklif edilib”.
Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Vətəndaşlar arasında olan, torpaq və ərazi sərhədləri ilə bağlı mübahisələr yalnız hüquq-mühafizə orqanları vasitəsilə araşdırıla və hüquqi qiymət verilə bilər. Abşeron RİH vətəndaşlara hüquqi yardım göstərməyə hazırdır”.
Qeyd edək ki, 21 ildən artıqdır ki, orduda xidmət edən N.Əliyev Vətən müharibəsi və Antiterror əməliyyatının iştirakçısıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatdan Eldar Əzizovun açıqlamasına reakisya: “Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?”
Bugün, 11:56 SİYASƏT
-
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - FOTO
Bugün, 11:45 KRİMİNAL
-
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
MÜDAFİƏ NAZİRİ SƏRHƏDƏ GƏLDİ, TÜRKİYƏ VƏ SURİYANI TƏHDİD ETDİ: "Bu vəziyyətə laqeyd qalmayacağıq və..."
Bugün, 11:00 SİYASƏT
-
"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur" - Prezident "Sabah"ı təbrik etdi
Bugün, 10:54 GÜNDƏM
-
“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayət edir
Bugün, 10:48 CƏMİYYƏT
-
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 10:48 CƏMİYYƏT
-
“Tamstore”nin saxta reklamı: mağazalara axışan alıcılar aldadılıb - VİDEOLAR
Bugün, 10:30 İQTİSADİYYAT
-
Milli Məclisin 81 yaşlı deputatı yenidən evləndi - Rəqqasə ilə... + FOTOLAR (YENİLƏNİB)
Bugün, 10:19 SİYASƏT
-
Ərdoğandan yeni mesajlar: "Heç bir güc Türkiyənin kursunu və sərhədlərini müəyyən edə bilməz"
Bugün, 10:10 SİYASƏT
-
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bugün, 10:01 GÜNDƏM
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı
Bugün, 09:59 İQTİSADİYYAT
-
Bakıda yanğın: ölən var
Bugün, 09:56 CƏMİYYƏT
-
"Beşiktaş" Jean Onana ilə yollarını ayırdı - AÇIQLAMA
Bugün, 09:43 İDMAN
-
"Leypsiq" Kristofer Nkunkunu icarəyə götürdü
Bugün, 09:28 İDMAN
-
Akademiyada heyrətamiz təyinatlar: prorektorların yeni müşavirlərinə nə qədər maaş ödənilir?
Bugün, 09:07 CƏMİYYƏT
-
"Mançester Yunayted" Karlos Balebanı aldı - 70 milyon funt sterlinq
Bugün, 09:04 İDMAN
-
YPG/SDG Terror Təşkilatı rəsmən ləğv olundu
Bugün, 00:19 DÜNYA
-
Rektor direktoru yeni vəzifəyə təyin etdi
Bugün, 00:19 CƏMİYYƏT
-
"Beşiktaş" Ernest Pokunu transfer etdi
Bugün, 00:08 İDMAN
-
Türkiyənin bu şəhərində 3 dəqiqə içində 2 zəlzələ olub
25.08.2026, 23:28 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" tarix yazdı - Komandamız əsas mərhələyə vəsiqə qazandı (Yenilənib)
25.08.2026, 23:05 İDMAN
-
Putin Mehriban Əliyevaya məktub göndərdi: "İlham Heydər oğluna və bütün ailə üzvlərinizə..."
25.08.2026, 21:23 GÜNDƏM
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - QƏBUL GÜNLƏRİ AÇIQLANDI
25.08.2026, 20:07 GÜNDƏM
-
"Tehran administrasiyası Hörmüz Boğazı ilə bağlı şərtlərini ABŞ-a göndərib"
25.08.2026, 18:19 DÜNYA
-
ERMƏNİSTAN PARLAMENTİ 5 İLLİK PROQRAMI QƏBUL ETDİ - Azərbaycan və Türkiyə ilə bağlı
25.08.2026, 18:12 GÜNDƏM
-
Paşinyan: "Onlar ölkəyə KTMT qüvvələrini yeridilməsini istəyir, ancaq..." - "Burada heç bir xarici sülhməramlı olmayacaq"
25.08.2026, 18:05 SİYASƏT
-
Azərbaycanlı Qazaxıstanda saxlanıldı
25.08.2026, 17:49 KRİMİNAL
-
Azercell qadınları dəstəkləyən müsabiqə elan edir
25.08.2026, 17:44 İQTİSADİYYAT
-
Prezident Ərdoğan Baxçalı ilə görüşüb
25.08.2026, 17:36 SİYASƏT
-
Köçəryan və Sərkisyanın həbsi: Ermənistanda nə baş verir? - TƏHLİL
25.08.2026, 17:19 SİYASƏT
-
Prezident İlham Əliyevdən Formula 1 yarışı ilə bağlı sərəncam - Nələr olacaq?
25.08.2026, 17:13 GÜNDƏM
-
Dənizkənarı Bulvar İdarəsi barədə fərman imzalandı - Dəyişiklik
25.08.2026, 17:11 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev sərəncam imzaladı - Dəyişiklik
25.08.2026, 17:08 GÜNDƏM