"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur" - Prezident "Sabah"ı təbrik etdi

\"Belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur\" - Prezident \"Sabah\"ı təbrik etdi

GÜNDƏM

Bugün, 10:54

Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə Prezident sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. "Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR