Deputatdan Eldar Əzizovun açıqlamasına reakisya: “Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?”
SİYASƏT
26.08.2026, 11:56
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılması barədə səsləndirdiyi fikirlər müzakirəsiz ötüşməyib. Bildirilir ki, paytaxtda başçının açıqladığı məbləğə dəyəcək infrastruktur yoxdur ...
Mia.az xəbər verir ki, bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Razi Nurullayev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri belə bir rəqəm səsləndirirsə, deməli, bunun arxasında müəyyən statistik hesablamalar var.
Deputat bildirib ki, əsas məsələ rəqəmin özünü şübhə altına almaq olmalı deyil: “Əsas sual budur ki, bu vəsait hansı sahələrə yönəldilib və həmin investisiyaların nəticəsi nə olub? 200 milyard dollardan söhbət gedirsə, bu, kifayət qədər böyük rəqəmdir və təbii olaraq cəmiyyətin sual verməsi normaldır: bu pulların nə qədəri nəqliyyata, yollara, su və kanalizasiya sisteminə, kommunal infrastruktura, səhiyyəyə, təhsilə, yaşıllıqlara və digər istiqamətlərə xərclənib? Hansı layihəyə nə qədər vəsait ayrılıb və həmin layihə şəhər sakinlərinin həyatında hansı nəticəni yaradıb? Məncə, Azərbaycanda ümumilikdə bütün sahələr üzrə hesabatlılığı daha da gücləndirmək lazımdır. Belə böyük rəqəmlər səsləndiriləndə onun arxasında konkret faktlar və açıq statistika olmalıdır. İstərdim ki, bu məlumatlar rüblük və illik hesabatlarda müntəzəm şəkildə ictimaiyyətə təqdim edilsin. Yəni təkcə “bu qədər investisiya qoyulub” deyilməsin, onun strukturu və nəticəsi də göstərilsin. Dünya təcrübəsində bunun yaxşı nümunələri var. Məsələn, Böyük Britaniyada hökumətin iri layihələri üzrə ayrıca açıq məlumat sistemi mövcuddur. Layihənin ümumi dəyəri, büdcəsi, icra vəziyyəti, riskləri və nəticələri barədə məlumatlar ictimaiyyətə təqdim olunur. Bu il onların hesabatında 189 böyük layihə üzrə ümumi icra dövrü xərcləri və gözlənilən faydalar da ayrıca göstərilib.
Avstraliyada da infrastruktur layihələri üzrə illik performans hesabatları hazırlanır və layihələrin büdcəsinin əvvəlki illərlə müqayisədə necə dəyişdiyi, hansı layihələrdə xərc artımı olduğu və icra müddətlərinin necə dəyişdiyi göstərilir. Bu, məncə, çox düzgün yanaşmadır. Çünki vətəndaş bilməlidir ki, dövlət bir layihəyə nə qədər pul ayırıb, sonradan xərc nə qədər dəyişib və nəticədə nə əldə olunub. Buna görə də “200 milyard dollar yatırılıbsa, bu pullar hara gedib?” sualını tamamilə normal və haqlı ictimai sual hesab edirəm. Amma bu suala cavab da mübahisə və emosiyalarla deyil, rəqəmlərlə verilməlidir.
Ümumiyyətlə, Azərbaycanda belə bir sistemin bütün sahələrdə formalaşmasının tərəfdarıyam. Hər rüb və hər il dövlət qurumları görülən işlər, ayrılan vəsaitlər, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə faktlara əsaslanan hesabat təqdim etsələr, həm cəmiyyət daha dolğun məlumat alar, həm də dövlət qurumlarının gördüyü işlərə obyektiv qiymət vermək mümkün olar. Çünki nəticə etibarilə, məsələ təkcə nə qədər pul xərclənməsində deyil.
Əsas məsələ budur ki, xərclənən vəsaitin müqabilində vətəndaş və şəhər nə əldə edib. Məncə, bütün hesabatlılığın mərkəzində məhz bu sual dayanmalıdır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
Bugün, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
Bugün, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
Bugün, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
Bugün, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
Bugün, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
Bugün, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Bugün, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
Bugün, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
Bugün, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istafa verdi - FOTOLAR
Bugün, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
Bugün, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bugün, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
Bugün, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
Bugün, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
Bugün, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
Bugün, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
Bugün, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
Bugün, 13:53 ŞOU-BİZNES
-
Türkiyədə qadın jurnalist saxlanılıb
Bugün, 13:40 PRESS
-
Payız fəsli nə vaxt başlayır? - Açıqlama
Bugün, 13:02 CƏMİYYƏT
-
"Buna susmaq mənim üçün doğru deyil" - Şair replikalara belə cavab verdi
Bugün, 12:57 SİYASƏT
-
Keçmiş spikerdən istintaqa çəkilən deputatın atası ilə bağlı açıqlama: "Prokurorluq ifadəyə çağırsa..."
Bugün, 12:33 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:17 CƏMİYYƏT
-
Təhsl haqqlarını özbaşına qaldıran universitetlərdə yoxlama başlayıb - Türkyədə
Bugün, 12:09 GÜNDƏM
-
Fərid Şəfiyev: "Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır" - "Həmin orqan Ruben Vardanyanı..."
Bugün, 12:07 SİYASƏT
-
Ərdoğana 10 il əvvəl sui-qəsd cəhdi: daha 10 nəfər saxlanıldı
Bugün, 11:56 SİYASƏT
-
Röya Ayxan 80 milyona ev alıb?
Bugün, 11:43 ŞOU-BİZNES
-
Dövlət teatrlarında direktor və direktor müavini olmaq istəyənlərin sayı açıqlandı: 191 müraciət var
Bugün, 11:29 MƏDƏNİYYƏT
-
“Bakı-2040” Baş Planı pozuldu: Parkın yerində bina tikilir + FOTOLAR
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artistinin vəziyyəti ağır-stabil olaraq qalır
Bugün, 11:06 CƏMİYYƏT
-
"Səfərbərlik tələb edən heç bir ssenari yoxdur" - Putindən açıqlama
Bugün, 10:55 GÜNDƏM
-
Putindən Ukraynaya mühüm mesaj: "Beləliklə, həll yolu üçün bir şans varmı?"
Bugün, 10:39 GÜNDƏM