Deputat Kəmaləddin Qafarovun “Azəri Med”lə əlaqəsi və ya 3 ildə 150 milyon manatdan çox iri satınalma müqavilələri...
İQTİSADİYYAT
26.08.2026, 23:21
“Azəri Med” son üç ildə Milli Onkologiya Mərkəzindən 150 milyon manatdan çox iri satınalma müqavilələri alıb.
Şirkətin keçmiş qeydiyyat ünvanı və onun ətrafındakı ailə şirkətləri deputat Kəmaləddin Qafarovla bağlı olduğunu göstərir.
Milli Onkologiya Mərkəzi tibbi və digər avadanlıq və inventarların alınması üçün keçirdiyi növbəti iri satınalmanı yekunlaşdırıb.
Dövlət satınalmaları portalında yerləşdirilən məlumata görə, qalib “Azəri Med” MMC olub. Tərəflər arasında 50 milyon 320 min 46 manat 90 qəpik dəyərində müqavilə bağlanıb.
Portalda satınalma metodu “Açıq Tender” kimi göstərilsə də, eyni məlumat kartında ayrıca qeyd var: prosedur dövlət satınalmalarının vahid internet portalında keçirilməyib və elektron satınalma olmayıb. Bu baxımdan tenderin nələri əhatə etdiyi ətraflı olaraq dərc olunmayıb.
“Azəri Med” üçün Milli Onkologiya Mərkəzinin çoxmilyonluq tenderlərini qazanmaq yenilik deyil.
7 il ərzində 290 milyon manatlıq müqavilələr
2026-cı ilin iyulunda Milli Onkologiya Mərkəzi dərman preparatları, laboratoriya materialları və sarğı ləvazimatlarının alınması üçün 34 milyon 961 min 987 manatlıq başqa bir müqaviləni də “Azəri Med”lə bağlayıb.
2025-ci ilin mayında şirkət Mərkəzdən 35 milyon 849 min 901 manat, 2024-cü ilin mayında isə 29 milyon 829 min 766 manat dəyərində satınalma müqaviləsi alıb.
Beləliklə, Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara görə, Milli Onkologiya Mərkəzi 2019-cu ildən etibarən “Azəri Med”lə ümumilikdə 36 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 289 milyon 506 min 787 manat 54 qəpik təşkil edir.
Bəs “Azəri Med” şirkəti kimindir?
“Azəri Med” 2004-cü ildə yaradılıb. Hazırkı reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Famil Vəli oğlu Rəhimli göstərilir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-dir. Şirkətin nizamnamə kapitalının 8 milyon 255 min 500 manat olduğu bildirilir.
Şirkət illər ərzində təşkilati-hüquqi formasını da dəyişib. Əvvəl MMC kimi fəaliyyət göstərən müəssisə 2020-ci ildə QSC-yə çevrilmişdi. 2026-cı ilin fevralında isə yenidən MMC-yə çevrildiyini elan edib.
Ancaq “Azəri Med”in adı illərdir təkcə Famil Rəhimli ilə deyil, Milli Məclisin deputatı Kəmaləddin Qafarovla birlikdə hallanır.
Mediada yayımlanan çoxsaylı araşdırmalarda şirkətin faktiki sahibinin və ya əsas nəzarətçisinin Qafarov olduğu iddia edilir. Deputatın bu iddiaları açıq şəkildə təkzib etdiyi məlum deyil. AzadlıqRadiosu da 2026-cı ilin iyulunda Qafarovla bu mövzuda əlaqə yaratmağa çalışdığını, amma mövqe ala bilmədiyini yazıb.
Açıq mənbələrdəki məlumatlar bu iddiaların hansı faktlara əsaslandığını göstərir.
Şirkətin ünvanı deputatın yaşayış ünvanı olub
“Azəri Med”in əvvəlki hüquqi ünvanlarından biri Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 65A, mənzil 155 olub.
Media araşdırmalarına görə, Kəmaləddin Qafarov və ailə üzvləri də məhz həmin ünvanda qeydiyyatda olublar. “Azəri Med”in hüquqi ünvanı sonradan dəyişdirilərək Nərimanov rayonundakı Asif Məmmədov küçəsi 30F ünvanına köçürülüb.
Eyni Atatürk prospekti, 65A ünvanında Qafarovun ailəsi ilə əlaqələndirilən başqa əczaçılıq şirkətləri də qeydiyyatdan keçib.
Məsələn, 2008-ci ildə yaradılmış “Azəri Med-MNK” MMC-nin qanuni təmsilçisi Kəmaləddin Qafarovun həyat yoldaşı Canilya Qafarova olub. “Mega Pharmacy” MMC də eyni ünvanda qeydiyyata alınıb və onun qanuni təmsilçisi kimi Canilya Qafarovanın adı göstərilib.
“Avestafarm” MMC-nin isə 2018-ci ildə Canilya Qafarova ilə əlaqələndirilən “Azəri Med”ə birləşdirildiyi barədə məlumat yayılıb.
Açıq mənbələrdə “Kanon” MMC, “Azəri Med-MNK”, “Mega Pharmacy”, “Naturalist” və başqa şirkətlər də Qafarov ailəsinin biznes şəbəkəsi ilə əlaqələndirilir.
Mediada “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”ın da bu biznes çevrəsinə daxil olduğu bildirilir.
Bu məlumatların bir hissəsi kommersiya reyestrindəki hüquqi ünvanların və şirkət rəhbərlərinin üst-üstə düşməsinə əsaslanır. Bununla belə, Azərbaycanda şirkətlərin son benefisiar sahibləri barədə məlumatların ictimaiyyət üçün tam açıq olmaması “Azəri Med”in hazırkı mülkiyyət strukturunu müstəqil şəkildə tam müəyyənləşdirməyə imkan vermir.
Qafarov “Azəri Med”də də işləyib
Kəmaləddin Qafarovun “Azəri Med”lə əlaqəsi yalnız üst-üstə düşən ünvanlardan ibarət deyil.
AzadlıqRadiosunun araşdırmasına görə, Qafarov Milli Onkologiya Mərkəzində rəhbər vəzifəyə gəlməzdən əvvəl təxminən 10 il “Azəri Med”də çalışıb. O, 2014-2015-ci illərdə Milli Onkologiya Mərkəzinin baş direktor müavini olub, 2015-ci ildən isə Milli Məclisin deputatıdır. Parlamentdə Səhiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib.
Sonrakı illərdə yayımlanan bir sıra media materiallarında Qafarov Milli Onkologiya Mərkəzinin baş direktor müavini kimi təqdim edilsə də, onun hazırda bu vəzifəni rəsmən tutub-tutmadığı ilə bağlı açıq mənbələrdə ziddiyyətli məlumatlar var.
Dəyişməyən isə başqa mənzərədir: Qafarovun uzun illər işlədiyi və sahibi kimi adı hallanan şirkət Milli Onkologiya Mərkəzinin ən iri satınalmalarının davamlı qaliblərindən biridir.
Bəs qanunlar nə deyir?
Kəmaləddin Qafarov hazırda Milli Məclisin deputatıdır.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunun 5-ci maddəsinə görə, deputat elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmamalıdır.
Qanunun 11-ci maddəsi deputatın maraqlar toqquşmasına yol verməməsini və səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməsini də tələb edir/meydantv
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
Bugün, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
Bugün, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
Bugün, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
Bugün, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
Bugün, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
Bugün, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
Bugün, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
Bugün, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
Bugün, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
Bugün, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
Bugün, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
Bugün, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
Bugün, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
Bugün, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
Bugün, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
Bugün, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
Bugün, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
Bugün, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
Bugün, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM