2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır

2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır  

CƏMİYYƏT

Bugün, 10:32

2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır.

Mia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib  ki, cari ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox müəllim 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.

Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib.

 İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR