Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər

Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - \"Azərişıq\" rəhbərindən unikal əmrlər

CƏMİYYƏT

Bugün, 14:36

"Azərişıq" ASC şimal bölgəsində yerləşən rayonlarda kadr dəyişiklikləri həyata keçirib.

Mia.az xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.

Bildirilib ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Əliyev Xaçmaz Regional Elektrik Şəbəkəsinin sədr müavini vəzifəsinə təyin edilib.

Digər təyinatlara əsasən, Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Mahir Məmmədov Qusar Elektrik Şəbəkəsinə rəis təyin olunub.

Bakıda "Azərişıq" sistemində çalışmış Fuad Budaqov isə Xaçmaz Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə gətirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR