"Reallıqları görmədən tənqid axınına qoşulmaq doğru deyil" - Vahid Tağıyev yazır
YAZARLAR
Bugün, 18:24
Vahid Tağıyev
Təcrübəli, qabaqcıl təhsil işçisi
***
Hazırda təhsilimizin çoxillik mənzərəsini təsvir etmək fikrində deyiləm. Ancaq uzun illərin təcrübəsi və bu prosesin iştirakçısı olmaq mənə bəzi həqiqətləri görmək imkanı verib.
Bu gün həmin həqiqətlərdən yalnız biri üzərində dayanmaq istəyirəm.
Hazırda təhsil işçilərinin təlim-tərbiyənin keyfiyyətinə xidmət etməyən, bəzən isə lazımsız yazışmalarla yüklənməsi reallıqdır. Təhsil ictimaiyyətinin bu məsələlərlə bağlı narazılığı da başadüşüləndir.
Ancaq elə həqiqətlər var ki, illərlə həllini gözləyən ciddi problemlərə çevrilmişdi və bunu da unutmamalıyıq.
Xüsusilə müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikatlaşdırılması uzun illərdir müzakirə olunan mövzulardandır. Hər kəs bu məsələyə öz baxış bucağından yanaşaraq münasibət bildirib.
Çoxsaylı faktlar xatırlayıram. Uzun illər, bəzən 30 - 40 il müəllim işləmiş şəxslər diaqnostik qiymətləndirmə zamanı müxtəlif fənlər üzrə 10 baldan da aşağı nəticə göstərdilər. Onların illərlə təhsil verdiyi şagirdləri təsəvvür etdikcə, insanın qəlbi ağrıyır.
Bu məqamda illər öncə yazdığım bir fikri xatırlayıram: Müəllim öyrətdikcə özü də öyrənir. Sonda ixtisasını zəif bilən müəllim, deməli, həm də yaxşı öyrətməyəndir.
Bir zamanlar belə müəllimləri məktəbdən uzaqlaşdırmağın hüquqi və ya praktik imkanları ya yox idi, ya da çox məhdud idi. Üstəlik, onlar peşəkar və istedadlı müəllimlərin nüfuzuna da kölgə salırdılar. Müəllimlər otağında, hətta cəmiyyətdə özlərini xüsusi dəyərlər daşıyan, əvəzedilməz insanlar kimi təqdim etmələrinin dəfələrlə şahidi olmuşuq. Müxtəlif titullar və adlara iddialı idilər.
Xüsusilə 1990-cı illərdən sonra müəyyən dövrdə müəllim kadrlarının hazırlanması və təyinatı sahəsində yaranan vəziyyət olduqca acınacaqlı idi. Bu sahəyə uyğun olmayan insanlar da müəllimlik diplomu ala və məktəbdə işləyə bilirdilər.
Məktəblərdə ömrünü şərəflə təhsilə həsr etmiş peşəkar pedaqoqlarla belə təsadüfi insanların eyni sırada dayanması çox ağır mənzərə yaradırdı. Daha faciəlisi isə o idi ki, belə şəxslər məktəb direktoru və ya direktor müavini vəzifələrinə qədər yüksələ bilirdilər.
Məhz belə bir şəraitdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi, bütün çətinliklərinə baxmayaraq, təhsilimizdə inqilabi hadisə idi. Bu prosesdən sonra sakitcə çıxıb gedənlər də oldu, məcburi şəkildə yola salınanlar da. Ancaq hələ də elələri tapıldı ki, kompüteri, interneti, işığı, başının ağrımasını və başqa saysız- hesabsız bəhanələri əsas gətirərək çox aşağı nəticə göstərmələrinə haqq qazandırmağa çalışdılar...
Sonrakı mərhələdə sertifikatlaşdırma prosesi də mövcud çatışmazlıqlarla yanaşı, sistemin daha da saflaşmasına və peşəkarlığın yüksəlməsinə xidmət etdi.
Hesab edirəm ki, diaqnostik qiymətləndirmə və sertifikatlaşdırma təhsil tariximizin ən mühüm və ən uğurlu islahatlarından biridir.
Bu gün təhsildə hansı problemlərdən danışmağımızdan, hansı tənqidi fikirlər səsləndirməyimizdən asılı olmayaraq, həmin böyük xidmətlərin üzərinə kölgə salmaq mümkün deyil.
Bu gün müəllimlərimizin akademik bilik səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir.
İdarəetməni, təlim-tərbiyə prosesini, məktəb-valideyn əməkdaşlığını necə təşkil etmək, təhsil prosesinin bütün iştirakçılarının məsuliyyətini necə artırmaq kimi məsələlər isə daim yeni baxış və yanaşmalar tələb edən, hər zaman aktual qalacaq mövzulardır.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Aztəminatlı ailələrin fikirlərini oğurlayan deputat - "Elşən bəy, niyə gedib xoşbəxt olmursunuz?"
Bugün, 18:35 SİYASƏT
-
"Reallıqları görmədən tənqid axınına qoşulmaq doğru deyil" - Vahid Tağıyev yazır
Bugün, 18:24 YAZARLAR
-
"Zirə" 5 futbolçu ilə vidalaşdı
Bugün, 17:22 İDMAN
-
Piyada yolu zəbt olunub, işıqforun qarşısı kəsilib - Nərimanovda maşın yoluna çıxarılan obyekt və... (VİDEO)
Bugün, 15:13 GÜNDƏM
-
"Ege Hospital”da yanlış əməliyyat xəstəyə baha başa gəldi - Məhkəmə şok qərar verdi, təzminat ödəniləcək
Bugün, 15:05 CƏMİYYƏT
-
“Bizim Cəbiş müəllim” filmindəki “Makedon” vəfat edib
Bugün, 14:55 MƏDƏNİYYƏT
-
Bərdədə ağır qəza: 10 nəfər xəsarət alıb - SİYAHI
Bugün, 14:53 KRİMİNAL
-
AzTV-nin bazar satıcılarından reportajı: qiymətlər normaldır, alça 5,8,10 manat, ağ gilas 19 manat... - VİDEO
Bugün, 13:00 İQTİSADİYYAT
-
Masazırda işıq olmayacaq - 8 saat...
Bugün, 10:47 CƏMİYYƏT
-
Müğənni: "Babalarım da elə 40 yaşdan sonra evləniblər" - "Gələcəkdə onsuz da bilinmir, nə olacaq"
Bugün, 10:35 MƏDƏNİYYƏT
-
UEFA “Turan Tovuz”ı Konfrans Liqasına buraxmayacaq? – Açıqlama
Bugün, 10:31 İDMAN
-
"Sabah" nigeriyalı hücumçu ilə yollarını ayırıb
Bugün, 09:47 İDMAN
-
Ermənistanın hərbi paradında İran izi - FOTOLAR
Bugün, 09:10 GÜNDƏM
-
Tacir Şahmalıoğlu xanımı ilə - FOTO
Bugün, 00:25 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Çempionlar Liqası: fransızlar çempion oldu
30.05.2026, 23:00 İDMAN
-
Baba Vəziroğlu: "Rasimin adına layiq bir iş təqdim ediləcək"
30.05.2026, 22:27 MƏDƏNİYYƏT
-
KEÇMİŞİN TƏQİBİNDƏN VƏ SKANDALLARDAN QAÇA BİLMƏYƏN ADİL ƏLİYEV: o, niyə həyəcanlanıb?
30.05.2026, 19:36 SİYASƏT
-
İcra başçısının qaziyə məsləhəti qalmaqal yaratdı: “Yaşıl çay verin içsin, sonra..." - Bəs qazi nə deyir?
30.05.2026, 19:32 CƏMİYYƏT
-
DİM-dən qabiliyyət imtahanları ilə bağlı - Açıqlama
30.05.2026, 19:26 GÜNDƏM
-
İqbal Ağazadədən Adil Əliyevin sözlərinə reaksiya: "Cəmiyyətdə məmur–vətəndaş münasibətləri kifayət qədər gərgindir"
30.05.2026, 18:05 SİYASƏT
-
“Qarabağ” Qurban Qurbanovla yeni müqavilə imzalayıb
30.05.2026, 17:47 İDMAN
-
İKİ GENERAL, BİR SƏDR BİR ARADA - Maraqlı FOTOLAR
30.05.2026, 15:34 GÜNDƏM
-
SİSTEM XƏTASI, yoxsa RÜŞVƏT ÜÇÜN "AYAQ YERİ"? - Ekspert rastlaşdığı faktları yazdı
30.05.2026, 15:12 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
30.05.2026, 12:51 CƏMİYYƏT
-
Rəsmi Moskva Ermənistandakı səfiri geri çağırdı - Rusiya ilə gərginlik böyüyür
30.05.2026, 11:01 SİYASƏT
-
Azərbaycan nefti: qiymət 100 dollardan aşağı düşdü
30.05.2026, 10:57 İQTİSADİYYAT
-
Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan sümük qalıqları aşkarlanıb - FOTO
30.05.2026, 10:14 GÜNDƏM
-
"Biləsuvar"lı futbolçularla azarkeşlər arasında gərginlik yaranıb - VİDEO
30.05.2026, 10:01 İDMAN
-
Ərdoğan Qurani-Kərimdən ayələr oxudu - VİDEO
30.05.2026, 09:40 SİYASƏT
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə yüksəldi
30.05.2026, 00:12 İDMAN
-
Oğuzda güclü külək... - 15 kənd işıqsız qalıb
30.05.2026, 00:04 CƏMİYYƏT
-
"İddiasız klubla işləyə bilmərəm" - Fizuli Məmmədov "Karvan-Yevlax"la vidalaşdı
29.05.2026, 22:12 İDMAN
-
"Holcim”lə bağlı araşdırma başlayır - QHT rəhbərləri DTX, Prokurorluq və daha iki qurum rəhbərinə şikayət etdi (SİYAHI + SƏBƏB)
29.05.2026, 22:03 SİYASƏT