Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
KRİMİNAL
14.09.2026, 18:54
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib:
"Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox" oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.
Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.
Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır.
"Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.
Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rıdvan Dilmendən "Qalatasaray" - "Barselona" matçı ilə bağlı proqnoz: "Onlar ən azı 2-3 dəqiq qol imkanına sahib olacaq"
Bugün, 19:20 İDMAN
-
UEFA Fatih Terimə vəzifə verdi
Bugün, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
Bugün, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
Bugün, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
Bugün, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
Bugün, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
Bugün, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
Bugün, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
Bugün, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
Bugün, 17:23 İDMAN
-
Serenay Sarıkayaya milyon dollarlıq təklif gəlib
Bugün, 17:17 ŞOU-BİZNES
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Kamboca arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bugün, 16:47 GÜNDƏM
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM
-
YAP BƏYANAT YAYDI, AKP İQTİDARINA ÇAĞIRIŞ ETDİ: "Bu zərərli siyasətdən çəkinin!" - "Türkiyə Prezidentin baş müşaviri, millət vəkilləri... - "Bu, Türkiyə cəmiyyətində qütbləşməni dərinləşdirir"
Bugün, 13:48 SİYASƏT
-
26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR
Bugün, 13:32 KRİMİNAL
-
ADSEA-ya yeni səlahiyyət verildi - Hökumətdən qərar verildi
Bugün, 13:17 İQTİSADİYYAT
-
Vahid büdcə təsnifatı yenilənib
Bugün, 13:06 İQTİSADİYYAT
-
Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: "Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir"
Bugün, 12:56 SİYASƏT
-
Sabiq deputat: "BANM- ın 35 Prezident təqaüdçüsü, ADNSU-nun “sıfır"" - "Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir"
Bugün, 12:35 CƏMİYYƏT