BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR

BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR

MƏDƏNİYYƏT

14.09.2026, 15:25

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin  Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti E.Feyzullayevin 1 ildən çoxdur ki, vəzifədən azad olunduğunu bildirsə də, bu dəqiqələrə qədər onun adı qurumun saytında görünürdü.

Xəbər yayılandan sonra isə onun adı və vəzifəsi saytdan çıxarılıb.

***

Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub.

Mia.az Yurd.media-ya istinadla bildirir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.

DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.

Nüsrət Qurbanov hazırda “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“ MMC-nin təsisçi - inzibati idarəetmə və insan resursları departamentinin rəisi vəzifəsində çalışır.

Nüsrət Qurbanov ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun qardaşıdır.

Qeyd edək ki, iki gün əvvəl Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarənin toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb. Toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Nicat Qurbanovun ailə həyatı qurduğu Sitarə xanımın isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızı olduğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışdığı bildirilir.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR