"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür

\"Kurtlar Vadisi\"  serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür

MƏDƏNİYYƏT

Bugün, 16:26

2011-ci ildə İstanbulun  Silivri Həbsxanasında keçmiş MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda çağırılan "Kurtlar Vadisi"  serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan bu gün istintaqa ifadəyə çağırılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar 10 noyabr 2011-ci ildə yayımlanan serialın 136-cı bölümündə "Kazım Kaşifoğlu" obrazının kamerada saxlanıldığı və döyüldüyü səhnələrlə MİT zabitinin ölümü arasındakı yaxınlıq üzrə şahid kimi ifadə verəcəklər.

Məlumatda deyilir ki, həmin səhnədən iki gün sonra - 12 noyabr 2011-ci ildə MİT zabiti Silivri Həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişib: "Maraqlı budur ki, serailın 139-cu bölümündə "Kara" Kaşifoğlunun qoluna şprislə hava vuraraq öldürdüyü səhnə yer alıb. Mıəhz bu faktların son aylar sürətlə tirajlanmasından sonra istintaq bu qədər gerçəyə yaxın ssenarinin necə ərsəyə gəlməsini araşdırmağa başlayıb"

Hüseyn Namazov

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR