Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi: Eldar Namazov, Sərdar Cəlaloğlu, Əli Kərimli... - DETALLAR (YENİLƏNİB)
SİYASƏT
15.09.2026, 12:45
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib.
Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.
Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.
Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.
Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.
Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.
İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.
***
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib.
Məlumata görə, sabiq PA rəhbərinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aslan Muradlının sədrliyi ilə baxılacaq.
İş üzrə hazırlıq iclası sentyabrın 21-nə təyin edilib.
***
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb.
Mia.az Günunsesi.info-ya istinadla xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumata görə, iş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
Onun da cinayət işinə də Ramiz Mehdiyevin işi ilə birlikdə baxılacaq.
Məlumatda o da qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb. Onların da məhkəmədə ifadəsi dinləniləcək.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, əldə olunan daha bir məlumatda AXCP sədri Əli Kərlimlinin cinayət işinin Ramiz Mehdiyevin işindən ayrıldığı deyilir.
Hazırda Əli Kərimli ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Sabah" Çexiya komandası ilə sınaqda (Yenilənir)
Bugün, 20:49 İDMAN
-
Naxçıvanda maraqlı təbiət hadisəsi... - FOTOLAR
Bugün, 19:28 GÜNDƏM
-
Rıdvan Dilmendən "Qalatasaray" - "Barselona" matçı ilə bağlı proqnoz: "Onlar ən azı 2-3 dəqiq qol imkanına sahib olacaq"
Bugün, 19:20 İDMAN
-
UEFA Fatih Terimə vəzifə verdi
Bugün, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
Bugün, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
Bugün, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
Bugün, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
Bugün, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
Bugün, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
Bugün, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
Bugün, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
Bugün, 17:23 İDMAN
-
Serenay Sarıkayaya milyon dollarlıq təklif gəlib
Bugün, 17:17 ŞOU-BİZNES
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Kamboca arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bugün, 16:47 GÜNDƏM
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM
-
YAP BƏYANAT YAYDI, AKP İQTİDARINA ÇAĞIRIŞ ETDİ: "Bu zərərli siyasətdən çəkinin!" - "Türkiyə Prezidentin baş müşaviri, millət vəkilləri... - "Bu, Türkiyə cəmiyyətində qütbləşməni dərinləşdirir"
Bugün, 13:48 SİYASƏT
-
26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR
Bugün, 13:32 KRİMİNAL
-
ADSEA-ya yeni səlahiyyət verildi - Hökumətdən qərar verildi
Bugün, 13:17 İQTİSADİYYAT
-
Vahid büdcə təsnifatı yenilənib
Bugün, 13:06 İQTİSADİYYAT