Qrinvud: "Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik"

Qrinvud: \"Matçı 3-0, 4-0 hesabı ilə qazana bilərdik\"

İDMAN

Bugün, 00:40

"Fənərbağça"da oynayan Mason Qrinvud qolsuz heç-heçə ilə başa çatan "Qaziantep"lə son tur matçından sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, heç-heçə başa çatan oyunu qələbəyə bərabər oynadıqlarını deyib.

Qrinvud bildirib ki, sadəcə, matçı qazanmaları üçün şansları gətirməyib: "Çoxlu qol şansları yaratdıq, amma qol vura bilmədiyimiz üçün qalib gələ bilmədik. Bu matçı 3-0 və ya 4-0 hesabı ilə qazana bilərdik, olmadı. Açıq deyim ki, pis oynadığımızı düşünmürəm. Hesab edirəm, bu oyunla davam edərək, növbəti matçda qollar vuracağıq. Əlbəttə, azarkeşlər üçün əsas nəticədir, qələbədir. Qol şansları yaratmağa davam edəcəyik".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR