Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR

Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR

GÜNDƏM

Bugün, 15:08

Böyük Britaniya Kralığı tarixi parçalanmaya doğru yön alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı liderləri birgə razılaşma imzalayaraq müstəqillik yolunda tarixi addım atıblar.

Məlumata görə, jurnalistlərin iştirakı ilə atılan imza mərasimində çıxış edən liderlər  xalqlarının Birləşmiş Krallıqdan ayrılaraq, öz gələcəyini müəyyən etmək hüququna malik olduğunu vurğulayıblar: "London hökuməti mümkün konstitusiya dəyişikliklərinə hazırlaşmalı və referendumlara yol açmalıdır. Biz bu gün Şotlandiya, Uels və Şimali İrlandiyanın baş nazirləri olaraq Kardiffdə tarixi birgə bəyannaməyə imza ataraq, Londona tələbimizi çatdırırıq..."

Şotlandiyanın Birinci Naziri Con Svinni bildirib ki, Krallığın mövcud strukturunun davamlı olmadığını iddia edərək, müstəqil dövlət olmalarının qaçılmaz tarixi məcburiyyət olduğunu iddia edib.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR