ADY-nin bilet satışı sistemi çöküb - "Kartımdan 102 manat silindi, dedilər sistemdə xəta oldu, bu dəfə 254 manat ödə, yenisini al!" (Yenilənib)
CƏMİYYƏT
Bugün, 10:54
"Azərbaycan Dəmir Yolları"nın (ADY) bilet satışı sistemi bərbad haldadır.
Mia.az xəbər verir ki, bu barədə Şahmar Səfiyev adlı şəxs feysbuk-dakı "Müştəriyəm Şikayətim Var" səhifəsində başına gələnləri nəql edib.
Onun iddiasına görə, 27 may səhər tezdən Bakıya çatması və ailəsini görmək üçün Bakı qatarına bilet alıb: "Mən ailəmə qovuşmaq üçün 26 May saat 22:55-də yola düşən Qardabani-Bakı qatarına onlayn sisteminiz vasitəsilə bilet aldım. Sisteminiz ****5631 sonluqlu kartımdan biletin tam dəyərini 163.63 Lari (102.12 AZN) vəsaiti uğurla sildi (Bank çıxarışı və sistem xətası skrinşotları rəsmi olaraq əlimdədir). Lakin ADY-nin daxili sistem xətası ucbatından bilet mənə təqdim olunmadı.
1822 Çağrı mərkəzinin mənə verdiyi rəsmi cavab isə belədir: "Sistem xətası olub, sizin pulunu ödədiyiniz yeri biz başqa sərnişinə satmışıq. İndi yenidən daxil olun, 254 AZN ödəyib təzə bilet alın".
Hörmətli ADY rəhbərliyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408ci maddəsinə əsasən, tarif müqabilində vəsait kartdan silindiyi andan etibarən daşıma müqaviləsi bağlanmış hesab olunur. Qurumun öz daxili texniki qüsurunun maddi bədəlini sərnişinə yükləməsi, tam ödənilmiş yeri başqasına satıb, eyni xidmət üçün 2.5 dəfə baha qiymət tələb etməsi hansı hüquqa və istehlakçı mədəniyyətinə sığır?
Mən sizdən pulun geri qaytarılmasını tələb etmirəm! Mən AR MM-nin 442ci maddəsinə uyğun olaraq öhdəliyin eyni ilə icrasını texniki xəta ucbatından mənimsənilən 26 May reysli Qardabani-Bakı qanuni biletimin dərhal bərpa olunmasını tələb edirəm".
Şikayətçi deyir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi pretenziya məktubumu hazırlayıb: "Amma mənim səfərimə cəmi 2 gün qalıb. Bu iki uşağın atalarına qovuşmaq haqqını, bir atanın övladına verdiyi sözü öz sistem xətalarınıza qurban verməyin. Məsələnin ictimaiyyət və rəsmi qurumlar qarşısında hüquqi müstəvidə daha da böyüməməsi üçün ADY rəhbərliyindən və İctimaiyyətlə Əlaqələr şöbəsindən bu xidmət qüsurunun operativ şəkildə həll edilməsini və biletimin bərpa olunmasını tələb edirəm. Mənim əlaqə nömərm budur: 077 387 03 10 / +995 599 78 21 81".
P.S. Yazı Mia.az-da yayımlandıqdan sonra şikayətçinin problemi həllini tapıb.
Bu barədə şikayətçi bildirib ki, ADY-dən onunla əlaqə saxlanılıb və sistem xətası dərhal aradan qaldırılıb: "26 May 22:55 reysli Qardabani-Bakı qatarında (8-ci vaqon, 3-cü yer) yerim rəsmən təmin edildi".
Samir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DEM partiya rəhbəriyi Özgür Özələ dəstək verdi
Bugün, 15:52 DÜNYA
-
Məscidlərdə vakant vəzifələrə 230 nəfər müraciət edib
Bugün, 15:20 CƏMİYYƏT
-
ETX-dən xəbərdarlıq - Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışır
Bugün, 15:19 GÜNDƏM
-
“Kobra” xüsusi təyinatlı dəstəsinin komandirinə yüksək vəzifə verildi
Bugün, 14:55 CƏMİYYƏT
-
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib (VİDEO)
Bugün, 14:21 KRİMİNAL
-
"Eurohome" tikinti bazarınının fəaliyyəti dayandırıldı - Səbəb + VİDEO
Bugün, 14:21 İQTİSADİYYAT
-
Aktrisa Serenay Sarıkaya saxlanıldı və… - Narkotik ittihamı + FOTO
Bugün, 14:06 MƏDƏNİYYƏT
-
Ağ Ev-dən İranla bağlı açıqlama: “Razılaşma…”
Bugün, 13:58 DÜNYA
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: "Türkiyə ilə Azərbaycan arasında..."
Bugün, 13:39 GÜNDƏM
-
Universiteti fərqlənmə ilə bitirmişdi... - DSX-nin 26 yaşlı əsgəri niyə ölüb?
Bugün, 13:27 GÜNDƏM
-
MN-də dəyişiklik - İdarə rəisinin müavini vəzifədən çıxarıldı
Bugün, 13:23 CƏMİYYƏT
-
Mərkəzi Bankda yeni təyinat olub
Bugün, 13:11 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:46 GÜNDƏM
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + FOTO, VİDEO (YENİLƏNİB)
Bugün, 12:43 GÜNDƏM
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib - O, kimdir? (FOTO)
Bugün, 12:40 PRESS
-
Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq - İran XİN ABŞ-la yeni anlaşmanı açıqladı
Bugün, 12:34 İQTİSADİYYAT
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTOLAR
Bugün, 12:11 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ-a getdi
Bugün, 12:09 GÜNDƏM
-
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
Bugün, 12:07 İQTİSADİYYAT
-
Dövlət Agentliyi “Kontakt Home”u cərimələdi
Bugün, 11:58 İQTİSADİYYAT
-
Leyla Əliyeva Masallıda Cümə məscidində - FOTOLAR
Bugün, 11:57 SİYASƏT
-
PREZİDENT NAZİRLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 11:53 GÜNDƏM
-
Rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Bugün, 11:32 CƏMİYYƏT
-
Qəbul imtahanı: II mərhələ nə vaxt keçiriləcək? - Tarixlər
Bugün, 11:19 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi Osman Kaya Gürcüstanda saxlanıldı
Bugün, 11:17 KRİMİNAL
-
Şuşa və Cəbrayıla növbəti köç olub (YENİLƏNİB)
Bugün, 11:01 GÜNDƏM
-
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Bugün, 10:56 PRESS
-
ADY-nin bilet satışı sistemi çöküb - "Kartımdan 102 manat silindi, dedilər sistemdə xəta oldu, bu dəfə 254 manat ödə, yenisini al!" (Yenilənib)
Bugün, 10:54 CƏMİYYƏT
-
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yanğın... - İş məhkəməyə göndərildi
Bugün, 10:45 KRİMİNAL
-
Tural Abbaslı: "Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır"
Bugün, 10:41 SİYASƏT
-
Dünyanı kim idarə edir: ordular yoxsa ideyalar? - Yumşaq güc fenomeni və ya görünməz hegemonluq
Bugün, 10:35 SİYASƏT
-
Qəbul imtahanı: dünənki imtahanın düzgün cavabları açıqlandı
Bugün, 10:25 GÜNDƏM
-
Şahlar Cabbarov Ukraynada tutulub
Bugün, 10:09 KRİMİNAL
-
Aygün Kazımova, Röya və... - General kiminlə quda oldu? + VİDEO
Bugün, 10:07 MƏDƏNİYYƏT