İspaniya israilli nazirdən nə istəyir? – Baş nazir hərəkətləndi

İspaniya israilli nazirdən nə istəyir? – Baş nazir hərəkətləndi  

DÜNYA

Bugün, 00:22

İspaniya Qəzzaya yardım aparan humanitar aktivistlərə qarşı qeyri-insani rəftarına görə Avropa İttifaqı (Aİ) daxilində İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvirin səfərlərinə qadağa qoyulması üçün hərəkətlənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İspaniyanın Baş naziri Pedro Sançez açıqlama verib.

Onun sözlərinə görə, İsrailli nazirin Qəzzanı dəstəkləyən beynəlxalq yardım  donanması üzvlərini alçaldan davranışları qəbuledilməzdir: “Vətəndaşlarımıza pis rəftar edən heç kimə səbrli davranmayacağıq. 2025-ci ilin sentyabr ayında İsrail naziri Qvirin İspaniya ərazisinə girişinə qadağa qoyulub.İndi Brüsseldən bütün Avropa ölkələrinə onun girişi üçün qadağa qoymasını tələb edirik”

Xatırladaq ki, israilli nazir Ben-Gvir fəallara Aşdod Limanında kobud davranışın görüntülərini yayaraq buna haqq qazandırıb.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR