Tblisiyə biletləri turfirmalar satmağa başladı - Azərbaycan Dəmir Yolları QSC-nin tətbiqi isə donub  

Tblisiyə biletləri turfirmalar satmağa başladı - Azərbaycan Dəmir Yolları QSC-nin tətbiqi isə donub  

CƏMİYYƏT

Bugün, 20:36

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.

Mia.az xəbər verir ki, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq.
Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq: "Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq. Yevlax–Tbilisi üzrə 67 manat, Gəncə–Tbilisi üzrə 62 manat, Ağstafa–Tbilisi üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat təşkil edəcək"
Maraqlı burasıdır ki, Bakı-Tbilisi-Bakı dəmiryolu xəttinin açılacağına dair məlumat rəsmiləşəndən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) bilet satışı üzrə tətbiq əlavəsi çöküb.
Mia.az xəbər verir ki, dünəndən bəri tətbiq üzərindən onlayn giriş mümkün olmayıb. Yalnız axtarış sistemlərinin vasitəsilə sorgu yazanda hansısa turfirma üzərindən bilet satışına yönləndirmə baş tutur.
Bu tətbiq vasitəsilə insanlar təkcə Tbilisiyə getmir ki. Ölkədaxili və şəhərdaxili reyslərin də cədvəli və bilet satışı tətbiq üzərindən həyata keçirilir. Amma artıq smən təsdiqlənən xəbərə görə, bu ayın 26-dan etibarən iki ölkə arasında dəmiryolu xətti bərpa olunur və həmin gündən sərnişindaşınma həyata keçiriləcək. Lakin yuxarıda adıçəkilən qurumun saytında nəinki müvafiq məlumat yoxdu, hətta tətbiq üzərindən ölkədaxili və Bakı şəhərdaxili olmaqla onlayn bilet satışı və reyslərə dair məlumat almaq da hazırda məşəqqətə çevrilib.
Əvəzində turfurmalar bu gün səhərdən etibarən aktivləşib: bütün sosial mediada turizm agentliklərinin Bakı-Tbilisi-Bakı dəmiryolu biletlərinə dair kampaniyasının başladığını görə bilərik. Reklam məlumatlarında biletlərin qiyməti görünməsə də, qatarın gediş-gəliş vaxtı və keçdiyi məntəqələr təfsilatı ilə əks olunur. Bunlar əslində bundan əvvəlki vaxt və dayanacaqlardan fərqli deyil. Sadəcə, qiymətlə bağlı məlumat görünmür. Gürcüstan saytlarının bəzi ehtimalları var: standart yerlər Azərbaycan manatıyla təxminən 34-35 manat təşkil edəcəkmiş.
Maraqlıdı, ADY -nin tətbiqinin aktiv olmadığı halda turfirmalar sözügedən reyslərin cədvəlini necə tərtib edib? Bilet varsa, niyə əvvəlcə turfirmalara satılıb? Bəs insanlara niyə tətbiq üzərindən, yaxud kassa vasitəsilə bilet satışı həyata keçirilmir?
Bildiyiniz kimi, biletlərin əvvəlcədən alınması onların qiymətini daha ucuz və əlçatan edir. Dünya praktikası belədi. Hazırda turfirmalarda Bakı-Tbilisi-Bakı reysinin qiyməti bilinmir. Biz maraq üçün bu reysin satışını təklif edən turfirmaya yazdıq, amma firma hələ ki, güridönüş etməyib. Ola bilsin, çoxsaylı müraciətlərin fonunda hələ növbə bizə çatmayıb.
Suallar çoxdu. Biletlərin əvvəlcə turizm firmalarına təklif edilməsi və onların vasitəsilə satışa çıxarılmasında məqsəd nədi? Ola bilər, bu furmaların böyük əksəriyyəti ayrı-ayrı məmurların biznesi olduğuçün ilk dövrədə satış gücünü onlara yönəltsinlər. Amma bu, nəticədə tətbiq üzərindən, yaxud kassadan bilet almağa çalışan insanlara zərbə deyilmi? Hazırda satıılan biletlər şübhəsiz ki, münasib qiymətə, yəni, standart yerlər olacaq. Tətbiq işlək olanda kimin qarantiyası var ki, orada od qiymətinə yalnız biznes-klass biletlər təklif olunmayacaq? Müəmmanı çözməyə çalışırıq.
Bir işə başlayıb, onu da elə ilk gündən fürsətçi firmaların qazanc mənbəyinə çeviriblər, deyəsən. Camaatınsa gözü dəmiryolunda qalıb, 6 ildi. Çox təəssüf.
Zülfiyyə Mustafayeva
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR