ABŞ Senatı İrana hücumu məhdudlaşdıran qanun layihəsinə “hə” dedi – Tramp "əl-qolu"nu bağlayan  qərarı bloklayacaq?

ABŞ Senatı İrana hücumu məhdudlaşdıran qanun layihəsinə “hə” dedi – Tramp \"əl-qolu\"nu bağlayan  qərarı bloklayacaq?

GÜNDƏM

Bugün, 09:27

ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını 60 günlük müddətə məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni qanun layihəsinə əsasən, Tramp 60 gün müddətindən artıq müharibəni Knqresin rəyi olmadan  apara bilməz.

Məlumata görə, "müharibə səlahiyyətləri" adlı qanun layihəsi 7-ci oxunuşda bəzi Respublikaçı senatorların dəstəyi ilə Senatda 50 “hə” səsiylə qəbul edilib: “47 üzv isə layihəyə “yox” deyib. Respublikaçı senatorlar Rand Pol, Syuzan Kollinz, Liza Murkovski və Bill Kassidi qanun layihəsini dəstəkləyib, Demokrat Con Fetterman isə əleyhinə çıxıb. Bundan sonra Qanun layihəsi Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. Orada da qəbul olunduqdan sonra isə layihə Trampın üzərinə  göndəiləcək. Güman ki, Donald Tramp səlahiyyətini “boğan” bu layihəyə veto qoyacaq”.

Xatırladaq ki, 1973-cü il tarixli "Müharibə Səlahiyyətləri Qanunu"na əsasən, ABŞ prezidentləri Konqresin təsdiqi olmadan 60 gündən artıq şəxsi qərarlarıilə müharibəni davam etdirə bilməzlər.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR