Yüksək müsiqi, yoxsa cadugər ritualları səviyyəsi? - Avroviziyada rənglər yenə dəyişdi
MƏDƏNİYYƏT
20.05.2026, 20:01
Avropa məkanında yüksək müsiqi zövqünün təntənəsi sayılan Avroviziya Musiqi müsabiqəsi bu il şeytani ritualları ilə yadda qaldı.
Bolqarıstan təmsilçisi cəhənnəmin simvolları (666) olan döymələr, buna uyğun libas və aksesuarlarla səhnəyə çıxdı, oxuduğu mahnının da sözləri buna münasib olaraq şeytani tələbləri özündə ehtiva etdi. Musiqişünaslar təəccüblənmədi, çünki Avroviziya tamaşaçısı illərdi, standartların üstündə olan sənət nümunəsinin axtarışında olduğunu heç gizlətməmişdi və məhz bu yanaşma ilə hər il qitənin ən yaxşı mahnısı seçilirdi.
Azərbaycan da bu müsabiqədə bir dəfə qalib olub. Amma təsadüfən. Həmin il Türkiyə iştirak etmirdi, Avropa məkanında yaşayan türklər məcburən bizi seçmişdi. Bizim təmsilçinin çox kiçik xal fərqi ilə yaxın rəqiblərini üstələməsini xatırlayırsınız, yəqin. Yəni, bizim cütlüyün sadəcə, bəxti gətirmişdi: nə mahnı, nə də ifaçılar parlaq deyildi. Sonrakı illərdə də buna bənzər müğənnilər göndərdik müsabiqəyə.
Amma Avroviziya tamaşaçısının zövqü və tələbləri çox dəyişkəndi. Bəzən buna uyğunlaşmaq ölkələrə çətin olur. Müsabiqənin siyasi çaları olduğunu söyləyənlər də var. Məsələn, Serbiya təmsilçisinin “Molitva” mahnısı seçiləndə, dünya bunu Balkan müharibəsinin acı həqiqətlərinin simvolu kimi qəbul edərək susdu və səs verdi. Yaxud ukraynalı müğənnilərin (3 müğənni) qalibiyyəti onların ölkəsinə dəstəyin nümayişi kimi yozuldu. Ruslar da qalib olub, amma onların, almanların, Norveç və Avstriya təmsilçilərinin qələbəsinin altında siyasət gizlənməyib.
Çünki bu müsabiqə yüksək müsiqidən daha çox, stereotiplərin dağılmasına xidmət edən incəsənətin tərənnümündən pul qazanır. Avroviziya hər il Avropanın vahid büdcəsinə milyonlar gətirir. Bu pulu isə tamaşası sıradan art nümunələr üçün xərcləmək istəmir. Müsabiqə qaliblərinin art nümunələrinin çeşidinə baxaq: bir il metallik musiqi, dinamik kompozisiyalar, səhnədə vəhşi və xaotik hərəkətlər ifaçını qələbəyə apardı. Başqa bir ildə isə əksinə, ballada, romantik əhvali-ruhiyyə üçün xal verildi. Avropalı tamaşaçı ürək xəstəsi olan ifaçıdan tutmuş, şaman mediasiyasının notları, insanın bioloji kodlarının sındırılmasına işarə edən mahnılara qədər, ən müxtəlif ideyaları dəstəklədi. Hətta son illərdə tamaşaçını LQBT-yə dəstək ideyası cəlb eləmiş və səhnə rəngbərəng olmuşdu. Bu dəfə də rənglər tamamilə dəyişdi və hər kəs şeytanın qara ideyalarının tilsiminə düşdü. Bolqarıstan təmsilçisi yunan mifoloji allahlarının, dolayısı ilə cadugərlərin kodlaşdırılmış tesizlərinin üzərində Avroviziya səhnəsini cəhənnəmin art platformasına çevirdi.
Bolqarıstan təmsilçisinin səhnə ifasının böyük əksəriyyəti rituallardan ibarət idi: əl hərəkətləri, döymələr, libas və mahnı sözləri bütünlüklə insanın mental azadlığının idarəsi və trans vəziyyətinə işarə idi. Ümumiyyətlə, yunan mifologiyasında insanları hər zaman cəlb edən mistik personajlar və onların tezislərinin Avropa səhnəsinə daşınması, bu tesizlərlə yenidən doğulub xaotik üsyana can atan avropalı tamaşaçını sadəcə, yerindən oynatmışdı. Bolqar təmsilçisinin mahnısında da yunan allahı Dionusin şərəfinə düzənlənən, “kukeri” adlanan, bolqarların folklorunda yer alan və indiyədək qışın sonunda bu ölkənin bəzi əyalətlərində həyata keçirilən ritualın tərənnümü vardı. Maraqlıdı, elə deyilmi? Yeni, streotiplərdən uzaq, həm keçmişə, həm tarixə, ölkənin köklərinə yaxın, həm də şablondan uzaq. Mövzusu nə olursa olsun, yenilik. Heç kimə bənzəməmək və özünü ifadə etmək bacarığı. Budur, qələbənin əsas səbəbi.
Avropa ölkələri üçün Avroviziya tamaşaçısının diqqətini cəlb etmək il-ildən həqiqətən çətinləşir. Bəzən ölkələr əvvəlki illərin uğurlu kompozisiyasından ilhamlanıb eyni ideyanı təkrarlamağa çalışır. Amma alınmır. Məsələn, Norveç təmsilçisi Moskvada ballada oxuyaraq qalib oldu. Ondan sonrakı ildə mahnıların əksəriyyəti ballada idi. Keçilmiş yol tamaşaçı üçün maraqsızdı. Yalnız bu düsturu anlaya bilən ölkənin qalib olmaq şansı var məncə.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"indiki aparıcılar efirdə açıq geyimlərdən istifadə edirlər"
Bugün, 19:00 PRESS
-
Sabah Azərbaycanda Məhərrəm ayı başlayır
Bugün, 18:09 GÜNDƏM
-
Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra...
Bugün, 17:04 KRİMİNAL
-
Ərdoğandan Azərbaycana mesaj: "Bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz..."
Bugün, 14:21 SİYASƏT
-
Abşeronun iki qəsəbəsində aylarla davam edən problem... - Rəsmilər nə deyir? + VİDEO (Yenilənib)
Bugün, 12:37 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:26 GÜNDƏM
-
Generallar, yüksək vəzifəlilər və... - Mahsun Kırmızıgül Bakıya kimin övladının toyuna gəlib? + VİDEO
Bugün, 12:14 ŞOU-BİZNES
-
Köçəryan ölkədən çıxarkən saxlanıldı - VİDEO
Bugün, 11:33 SİYASƏT
-
ABŞ-la İRAN ANLAŞDI: Tramp və Şərif açıqladı, İsrail etiraz edir - İran mediası tarixi razılaşma mətninin gizlinlərini yaydı
Bugün, 10:45 GÜNDƏM
-
Flora Kərimovanın vəziyyəti açıqlandı: "Yəqin ki, 10 günə evə buraxılacaq"
Bugün, 10:25 MƏDƏNİYYƏT
-
Sumqayıtda iş adamına qarşı 600 min manatlıq şantaj əməliyyatı... - Təfərrüat
Bugün, 10:21 CƏMİYYƏT
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 09:15 GÜNDƏM
-
DÇ-2026-nın F qrupunda iki oyun keçirildi - 10 qol vuruldu
Bugün, 09:01 İDMAN
-
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Bugün, 00:01 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu ünvanlayıb - MƏTN
14.06.2026, 23:50 GÜNDƏM
-
Azərbaycan Prezidentinin köməkçisi Dilicanda - VİDEO
14.06.2026, 21:04 GÜNDƏM
-
Ermənistan MSK seçkinin yekun nəticələrini açıqladı - Paşinyan hökuməti təkbaşına formalaşdıracaq
14.06.2026, 19:42 GÜNDƏM
-
Xəzər dənizinə sədd çəkənlər: onlar kimə güvənir? - VİDEO
14.06.2026, 19:21 CƏMİYYƏT
-
Tehrandan ABŞ-a xəbərdarlıq: "Yaxşı polis, pis polis rolunu buraxın" - "Ya öhdəliyə əməl edin, ya da..."
14.06.2026, 18:05 SİYASƏT
-
Hikmət Hacıyev Ermənistanda - Armen Qriqoryanla nələr müzakirə edilib? (FOTO)
14.06.2026, 17:18 GÜNDƏM
-
Xidmət çilingərləri 480-540, "Qəza-Dispetçer"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri "Azəriqaz"dakı anormal iş qrafiki və maaşdan yazır
14.06.2026, 13:21 İQTİSADİYYAT
-
VI "Yüksəliş" müsabiqəsi: İdarəetmə bacarıqları imtahanı keçirilib
14.06.2026, 13:05 GÜNDƏM
-
Sabah yağış yağacaq
14.06.2026, 12:06 CƏMİYYƏT
-
Nazirlik Hidayət Orucovun vəfatı ilə bağlı açıqlama yaydı
14.06.2026, 10:17 MƏDƏNİYYƏT
-
DÇ-2026: Türkiyə 2 qolla məğlub oldu
14.06.2026, 10:00 İDMAN
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
14.06.2026, 09:03 GÜNDƏM
-
DÇ-2026: Qətər son dəqiqədə məğlubiyyətdən xilas oldu
14.06.2026, 01:17 İDMAN
-
Hidayət Orucov vəfat edib
14.06.2026, 00:06 GÜNDƏM
-
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (Yenilənib)
13.06.2026, 21:12 MƏDƏNİYYƏT
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - AÇIQLAMA + FOTO
13.06.2026, 20:08 CƏMİYYƏT
-
Montella: “Mühüm üstünlüyə sahib olmağa çalışacağıq”
13.06.2026, 18:08 İDMAN
-
İran XİN: “ABŞ-la razılaşma yaxın günlərdə ola bilər”
13.06.2026, 17:56 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə yenə narkotik keçirmək istəyiblər
13.06.2026, 17:07 KRİMİNAL
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)
13.06.2026, 16:55 GÜNDƏM