Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı  

Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı  

DÜNYA

Bugün, 22:39

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ilə telefonla danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər görüşdə Türkiyə-Avropa Birliyi münasibətləri, regional və qlobal probemlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan bildirib ki, Türkiyə ABŞ-İran arasındakı atəşkəsi qorumaq və bölgədə sülhə nail olmaq üçün səy göstərir, üstəlik,  Hörmüz boğazının ən qısa zamanda açılmasına çalışır: “İsrailə gəldikdə, bunlar bölgədə münaqişələrin davam etməsini can atır. Buna yol vermək olmaz. İsrailə qarşı beynəlxalq təzyiq artırılmalıdır”

İqtisadi inteqrasiyanı gücləndirmək üçün mövcud problemlərin həllinə yönəlmiş müzakirədə Ərdoğan Türkiyə-Aİ münasibətlərinin strateji əhəmiyyətinə diqqət çəkib: “Türkiyənin Avropa təhlükəsizlik strategiyasında rolu danılmazdır. Bunu daha da gücləndirmək üçün əlaqələr, xüsusiylə iqtisadi, o cümlədən gömrük sazişləri güclənməlidir”

Aİ rəsmisi də Türkiyənin önəmindən danışıb və əlaqələrin inkişafını vacib sayıb.

Firudun Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR