ABŞ kubalıları ayağa qalxmağa çağırdı: “Yeni Kuba yarada bilərsiniz”

ABŞ kubalıları ayağa qalxmağa çağırdı: “Yeni Kuba yarada bilərsiniz”  

DÜNYA

Bugün, 15:47

ABŞ Dövlət Katibi Marko Rubio Kuba xalqına müraciət ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Kubanın Müstəqillik Günü münasibətilə ispan dilində yaydığı videomüraciətində Donald Trampın iki ölkə arasında əlaqələrinin bərpası üçün yeni imkanlar təklif etdiyini irəli sürüb.

Rubio Kuba xalqını müstəqillik günü münasibətilə təbrik edib və hazırda ölkədə yaranan böhranlı vəziyyətə görə Havana hökumətini ittiham edib: “Sizin hökumətiniz bugünkü ağır vəziyyətin günahkarıdır. Təsəvvürolunmaz çətinliklərə görə məsuliyyət Havana iqtidarı daşıyır. Bəli, elektrik enerjiniz, yanacağınız və ya qidanızın olmamasının əsl səbəbi ölkənizi idarə edənlərin milyardlarla dolları talamalarıdır. Çox təəssüf ki, o pullar xalqa köməyə istifadə edilməyib".

Dövlət katibi daha sonra kubalıları ayağa qalxmağa, hazırkı iqtidarı devirməyi və "yeni Kuba" yaratmalarına çağırıb: “Bu, qeyri-mümkün deyil. Bütün bunlar Baham adalarında, Dominikan Respublikasında, Yamaykada və hətta cəmi 90 mil (təxminən 144 kilometr) məsafədə yerləşən Floridada mövcuddur. Niyə Kubada bu mümkün olmasın ki?!”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR