Kuba prezidenti döyüş vəd etdi: “Əgər ABŞ bizə hücum eləsə, qan gölü yaranacaq”

Kuba prezidenti döyüş vəd etdi: “Əgər ABŞ bizə hücum eləsə, qan gölü yaranacaq”  

DÜNYA

Bugün, 09:54

“ABŞ-ın Kubaya hərbi hücumu gözlənilməz nəticələr yaradacaq. Bölgə qan gölünə dönəcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kuba prezidenti Migel Diaz-Kanel deyib.

Onun sözlərinə görə, Kuba heç bir ölkə üçün təhlükə yaratmır, heç bir ölkəyə qarşı da müharibə planı və ya niyyəti yoxdur: “Kuba aylardır ABŞ tərəfindən çoxşaxəli hücuma məruz qalıb. Bu vəziyyət nəcib Kuba xalqına qarşı dürüst şəkildə müharibə aparmaq üçün bəhanə ola bilməz”.

O, ötən həftə Kubanın Energetika nazirinin Rusiyadan aldığı neft yardımının da bitdiyini açqlayıb: “Kuba xalqı bu səbəbdən daha çox elektrik kəsintilərinə dözməli olacaq”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR