Ərdoğan partiya sədrini cərimələtdi – 300 min təzminat ödəniləcək

Ərdoğan partiya sədrini cərimələtdi – 300 min təzminat ödəniləcək

SİYASƏT

Bugün, 17:53

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın CHP sədri Özgür Özələ qarşı iddiası üzrə bu gün məhkəmə qərar verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın açıqlma verib.

Onun sözlərinə görə, 5 iyul 2025-ci ildə CHP qərargahında etdiyi çıxışda səsləndirdiyi Ərdoğana qarşı ifadələrinə görə Özgür Özələ qarşı iddia qaldırılıb: “O, həmin çıxışında prezident Ərdoğana qarşı əsassız və böhran xarakterli ittihamlar irəli sürüb. Bu gün Ankara 32-ci Birinci İnstansiya Mülki Məhkəməsi bizim bununla bağlı şikayətimizə baxaraq, qərarını verdi. Qərara əsasən, Özgür Özəl atdığı böhtana görə 300.000 TL mənəvi təzminat ödəyəcək”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR