Yaradıcı insanlardan çəkinən rəhbərlər... - Peşəkar təhsil işçisi yazır
CƏMİYYƏT
20.05.2026, 19:08
Ön söz əvəzi...
Təəssüf ki, çox vaxt forma dəyişsə də, məzmun dəyişmir.
Təhsil sahəsində son illər kadr təyinatında şəffaflığın artması danılmazdır. Yaxşı təhsilli, bacarıqlı və istedadlı kadrların sayı da kifayət qədərdir. Ancaq idarəetmə sistemində seçim zamanı onların liderlik bacarığı, şəxsi nüfuzu, təşəbbüskarlığı və xarizmatik keyfiyyətləri lazımi səviyyədə nəzərə alınmır.
Daha düşündürücü tərəf odur ki, seçim edənlərin özlərində də çox vaxt bu keyfiyyətlər görünmür. Nəticədə onlar daha çox özlərinə bənzəyən, fərqlənməyən, ciddi təşəbbüs göstərməyən şəxslərə üstünlük verirlər.
Ədalət naminə deməliyik ki, yeni kadrların mədəni səviyyəsi əsasən xoş təsir bağışlayır, ancaq strukturlarda rəhbər vəzifələr üçün bu keyfiyyətlər bəs etmir. Habelə idarəetmədə arzuedilən, tələblərə cavab verən bacarıqlı kadrlar da var. Ancaq onlar əsas söz sahibi deyillər, yaxud vəzifə pilləsində müəyyən səviyyədən sonra irəliləyə bilməməsi də sual doğurur.
Belə mühitdə məsuliyyəti üzərinə götürən, qarşıya çıxan problemləri yerində həll etməyə çalışan, yaradıcı və inkişafyönümlü rəhbər kadrların sayı getdikcə azalır. Əvəzində isə ilk baxışda sakit görünən, ancaq yalnız “baş üstə” deməyi bacaran, sözəbaxan şəxslər önə çıxır.
Problem ondadır ki, bir çox hallarda yaradıcı nəticə, real inkişaf və təşəbbüs tələb olunmur. Əsas diqqət hesabat verməyə, kargüzarlıq səviyyəsində sənədləşməyə, çox vaxt işin nəticəsinə təsir etməyən məlumatların toplanıb ötürülməsinə yönəlir.
Bu vəziyyət iş yükünü artırır, insanlarda gərginlik və yorğunluq yaradır. Təəssüf doğuran məqam isə odur ki, bəzən problemin mənbəyi də düzgün görünmür. Habelə faydalı, müstəqil fikirlər, qərarlar qəbul edilməyən mühitdə motivasiya azalır, xaos qaçılmaz olur.
Millətin gələcəyini müəyyən edən, taleyüklü bir sahənin - təhsilin inkişfı, yeni nəslin rəqabətqabiliyyətli formada, mənəvi dəyərlərə sahib vətəndaşlar kimi yetişməsi strateji bir məsələdir. Düşündürən məqam ondan ibarətdir ki, təhsilə bu qədər dövlət dəstəyi olduğu, istedadlı və baza bilikləri güclü kadrlar mövcud olduğu halda niyə güclü idarəedicilər yetərincə formalaşa bilmir?
Deməli, problem yalnız fərdlərdə deyil, onları formalaşdıran müxtəlif sahələrdəki idarəçilik mühitindədir. Bu isə daha sistemli və nəticəyönümlü yanaşma tələb edir.
Vahid Tağıyev,
Peşəkar, qabaqcıl təhsil işçisi.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah Azərbaycanda Məhərrəm ayı başlayır
Bugün, 18:09 GÜNDƏM
-
Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra...
Bugün, 17:04 KRİMİNAL
-
Ərdoğandan Azərbaycana mesaj: "Bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz..."
Bugün, 14:21 SİYASƏT
-
Abşeronun iki qəsəbəsində aylarla davam edən problem... - Rəsmilər nə deyir? + VİDEO (Yenilənib)
Bugün, 12:37 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:26 GÜNDƏM
-
Generallar, yüksək vəzifəlilər və... - Mahsun Kırmızıgül Bakıya kimin övladının toyuna gəlib? + VİDEO
Bugün, 12:14 ŞOU-BİZNES
-
Köçəryan ölkədən çıxarkən saxlanıldı - VİDEO
Bugün, 11:33 SİYASƏT
-
ABŞ-la İRAN ANLAŞDI: Tramp və Şərif açıqladı, İsrail etiraz edir - İran mediası tarixi razılaşma mətninin gizlinlərini yaydı
Bugün, 10:45 GÜNDƏM
-
Flora Kərimovanın vəziyyəti açıqlandı: "Yəqin ki, 10 günə evə buraxılacaq"
Bugün, 10:25 MƏDƏNİYYƏT
-
Sumqayıtda iş adamına qarşı 600 min manatlıq şantaj əməliyyatı... - Təfərrüat
Bugün, 10:21 CƏMİYYƏT
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 09:15 GÜNDƏM
-
DÇ-2026-nın F qrupunda iki oyun keçirildi - 10 qol vuruldu
Bugün, 09:01 İDMAN
-
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Bugün, 00:01 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu ünvanlayıb - MƏTN
14.06.2026, 23:50 GÜNDƏM
-
Azərbaycan Prezidentinin köməkçisi Dilicanda - VİDEO
14.06.2026, 21:04 GÜNDƏM
-
Ermənistan MSK seçkinin yekun nəticələrini açıqladı - Paşinyan hökuməti təkbaşına formalaşdıracaq
14.06.2026, 19:42 GÜNDƏM
-
Xəzər dənizinə sədd çəkənlər: onlar kimə güvənir? - VİDEO
14.06.2026, 19:21 CƏMİYYƏT
-
Tehrandan ABŞ-a xəbərdarlıq: "Yaxşı polis, pis polis rolunu buraxın" - "Ya öhdəliyə əməl edin, ya da..."
14.06.2026, 18:05 SİYASƏT
-
Hikmət Hacıyev Ermənistanda - Armen Qriqoryanla nələr müzakirə edilib? (FOTO)
14.06.2026, 17:18 GÜNDƏM
-
Xidmət çilingərləri 480-540, "Qəza-Dispetçer"in növbə çilingərləri 900-1100, növbə ustaları 1600-1700 manat... - Komitə sədri "Azəriqaz"dakı anormal iş qrafiki və maaşdan yazır
14.06.2026, 13:21 İQTİSADİYYAT
-
VI "Yüksəliş" müsabiqəsi: İdarəetmə bacarıqları imtahanı keçirilib
14.06.2026, 13:05 GÜNDƏM
-
Sabah yağış yağacaq
14.06.2026, 12:06 CƏMİYYƏT
-
Nazirlik Hidayət Orucovun vəfatı ilə bağlı açıqlama yaydı
14.06.2026, 10:17 MƏDƏNİYYƏT
-
DÇ-2026: Türkiyə 2 qolla məğlub oldu
14.06.2026, 10:00 İDMAN
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
14.06.2026, 09:03 GÜNDƏM
-
DÇ-2026: Qətər son dəqiqədə məğlubiyyətdən xilas oldu
14.06.2026, 01:17 İDMAN
-
Hidayət Orucov vəfat edib
14.06.2026, 00:06 GÜNDƏM
-
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (Yenilənib)
13.06.2026, 21:12 MƏDƏNİYYƏT
-
Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - AÇIQLAMA + FOTO
13.06.2026, 20:08 CƏMİYYƏT
-
Montella: “Mühüm üstünlüyə sahib olmağa çalışacağıq”
13.06.2026, 18:08 İDMAN
-
İran XİN: “ABŞ-la razılaşma yaxın günlərdə ola bilər”
13.06.2026, 17:56 GÜNDƏM
-
İrandan Azərbaycana PUA ilə yenə narkotik keçirmək istəyiblər
13.06.2026, 17:07 KRİMİNAL
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır (YENİLƏNİB)
13.06.2026, 16:55 GÜNDƏM
-
Aldanmış başqan və ya atadan oğlundan imtina ərizəsi...
13.06.2026, 15:11 İDMAN